ƏDİB PİŞƏVƏRİ ( ), S e y i d Ə h m ә d i b n Ş ә h a b ә d d i n R ә z ә v i (1844, Pişәvәr, indiki Pakistan İslam Resp.-ında – 30.6.1930, Tehran) – İran şairi. İlk tәhsilini Kabil ş.-ndә almış, Qәz nә, Herat, Mәşhәd vә Sәbzәvarda tanınmış alimlәrin tәlәbәsi olmuşdur. Ana dili olan puştu dilindәn başqa, fars vә әrәb dilini dә mükәmmәl bilәn Ə.P.-nin 20 min beytә çatan şeirlәri arasından seçilmiş fars dilindә 4200, әrәb dilindә 370 beytdәn ibarәt divanı ölümündәn üç il sonra dostu Əli Əbdürrәsuli tәrәfindәn “Divan-ı qәsaidü qәzәliyyat-ı farsi vә әrәbi” adı ilә Tehranda nәşr edilmişdir. II Vilhelmә yaz dığı 14 min beytlik “Qeysәrnamә” mәsnәvisindә almanlara olan heyranlığını vә ingilislәrә nifrәtini qәlәmә almışdır. Ə.P. әsәrlәrindә dövrünün sosial vә siyasi mövzularına müraciәt etmişdir.