ƏDİRNƏ (Edirne) – Türkiyәnin Mәrmәrә bölgәsindә il. Sah. 6,3 min km2. Əh. 399,7 min (2012). İnz. m. Ədirnә ş.-dir. Şm.-da Bolqarıstanla, q.-dә Yunanıstanla hәmsәrhәddir. Sәthi düzәnlikdir; şm.-ını vә c.-unu alçaq dağlıqlar (hünd. 500 m-әdәk) tutur. Ən böyük çayı Bolqarıstanla sәrhәd boyu axan Mеriçdir. İqlimi c.-da Aralıq dәnizi tipli, şm.-da kontinentaldır.
Ə. ş.-ndә yanvar ayının orta temp-ru 2°C (–22,2°C-dә qeydә alınmışdır), iyul ayının orta tempru 24,6°C tәşkil edir; yağıntının illik miqdarı 597 mm-dir. Tarlaçılıq (taxıl, günәbaxan, çәltik), tәrәvәzçilik (şәkәr çuğunduru, şalğam), bostançılıq (yemiş, qarpız), heyvandarlıq (qoyun, keçi, inәk) inkişaf etmişdir. Ərazisi neft vә tәbii qaz ehtiyatları üçün perspektivli sayılır; liqnit yataqları var.