Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏDİRNƏ

    ƏDİRNƏ (Edirne) – Türkiyәnin Avropa hissәsindә, Şәrqi Frakiyada şәhәr. Ədirnә ilinin inz. m. Əh. 276,6 min (2012). Nәql. qovşağı. Şәhәr e.ә. 7 әsrdәn mәlumdur. Frakiyalılar tәrәfindәn (Odris adı ilә) salındığı ehtimal olunur. Sonralar Oresteya, Uskad adlandırılmışdır. Roma imperatoru Adrianın [117–138] vaxtında şәhәr daha da genişlәndirilmiş, onun şәrәfinә Adrianopol adlandırılmışdır. Bulqarlar bir neçә dәfә Ə.-ni әlә keçirmiş (620, 813, 914), lakin bizanslılara qaytarmağa mәcbur olmuşlar. 11 әsrin ortalarında şәhәr bizanslılar, bulqarlar vә peçeneqlәr arasında müharibә meydanına çevrilmiş vә  әldәn-әlә keçmişdir. Bizansın, 1204–61 illәrdә Latın imperiyasının, sonra yenidәn Bizansın tәrkibinә daxil idi. Bu zaman şәhәr әvvәlki әhәmiyyәtini itirmişdir. 1361 ildә Osmanlı sultanı I Murad şәhәri işğal etdikdәn sonra Ə. adlandırılmışdır. 1453 ilәdәk Osmanlı dövlәtinin paytaxtı idi. 18 әsrdә şәhәrdә iki dәfә güclü yanğın olmuşdur. 19 әsrdә Rusiya-Türkiyә müharibәlәri zamanı Ə.-ni iki dәfә rus, birinci Balkan müharibәsindә (1912–13) bolqar, 1920–22 illәrdә isә yunan qoşunları tutmuşdu. Sevr sülh müqavilәsinә (1920) görә Yunanıstana verilmәli idi, lakin türk xalqının xarici müdaxilәçilәr üzәrindә qәlәbәsindәn sonra Türkiyәyә qaytarılmışdır. Ə. erkәn vә klassik Osmanlı dövrü sәnәtinin inkişafını әks etdirәn önәmli mәrkәzlәrdәn biridir. Şәhәrdә Roma vә Bizans dönәmi tikililәrinin qalıqları var. Tamamilә yenidәn qurularaq, Bizans kilsәsindәn mәscidә çevrilәn qübbәli vә tәkminarәli İldırım Bәyazid camesi (1397 vә ya 1400) türk memarlığının әn qәdim örnәklәrindәndir. Doqquzqübbәli, tacqapı vә minbәri (türk memarlığının diqqәtәlayiq nümunәsi) ağ mәrmәrdәn, iç mәkanında böyük xәttatlıq işlәrı vә barokko üslubunda bәzәklәri olan Əski came (1403–14; memar Konyalı Hacı Əlaәddin) Osmanlı dönәmindәn dövrümüzәdәk qalan monumental abidәlәrdәn biridir. Mәrmәr tacqapılı Bәylәrbәyi camesi (1429) Rumeli bәylәrbәyi Sinanәddin tәrәfindәn inşa edilmişdir. Tәkqübbәli tikilinin mehrabındakı ulduz vә hәndәsi motivli bәzәklәri özü nәmәxsusluğu ilә diqqәti cәlb edir. II Murad dövründә inşa olunan (1436 ildә) Mu radiyyә camesinin sadә xarici görünüşündәn fәrqli olaraq, daxildәkibәzәk işlәri vә çinilәr türk dekorativ-tәtbiqi sәnәtindә önәmli yer tutur. Üçşerefeli camesi (1438–47) Osmanlı memarlığında erkәn vә klassik dövr arasında yer almışdır. 1484–88 illәr arasında tamamlanan “Bәyazid” kompleksi Ə.-dә әn mühüm tikililәrdәndir. Memar Sinan sәnәtkarlığının kamil nümunәsi olan Sәlimiyyә camesi (1569–75) Osmanlı sәnәtinin vә dünya memarlıq tarixinin әn qiymәtli әsәrlәri sırasındadır. Şәhәrdә bir çox başqa camelәr dә (Şahmәlәk camesi, 1429; Aişәqadın camesi, 1460; Qasım paşa camesi, 1470 vә s.) var. Örtülü bazarlar Ə.-nin әn önәmli inşalarındandır: on dörd qübbәli, otuz otaqlı, divarları kәsmә daşdan olan Bәdәstәn bazarı, 1417, memar Əlaәddin; 130 dükanlı Əli paşa bazarı, 1569, memar Sinan vә s. Şәhәrdә memarlıq baxımından maraq doğuran karvansaralar (ikimәrtәbәli Rüstәm paşa karvansarası, memar Sinan; tәmir edildikdәn sonra 1972 ildәn hotel kimi istifadә olunur; Əkmәkçioğlu Əhmәd paşa karvansarası, 1609, memarlar Sәdәfkar Mehmed ağa vә Ədirnәli Hacı Şaban); hamam (Sokullu hamamı, memar Sinan; Taxtaqala hamamı, 1435; zәngin bәzәkli Qazimihal bәy hamamı, 1422; Mezit bәy hamamı, 1442 vә s.); üzәrindә kitabә olan çeşmәlәr (Mәrzifonlu Qara Mustafa paşa çeşmәsi, 1666; ampir üslubunda Rüstәm Bәkir paşa çeşmәsi, 1850 vә s.) vardır. Osmanlı dövrünün mәşhur tikililәri olmuş Ə. saraylarının yalnız qalıqları dövrü müzәdәk saxlanılmışdır (Yeni saray, inşasına 1450 ildә başlanılmış, Fateh Sultan Mehmed dövründә sona çatdırılmışdır; Mamak sarayı, II Sәlim dövrü; Bayırbağça qәsri, II Osman dönәmi). Ə.-dәki Bizans dövrünә aid körpü (13 әsr); Qazimihal körpüsü (1420, uz. 766 m); Saray körpüsü (1560, memar Sinan) vә Ədirnә vağzalı (memar Kәmalәddin) da dәyәrli memarlıq nümunәlәridir. Trakya Un-ti (1982), liseylәr, Arxeologiya vә etnoqrafiya (1935), Türk vә islam әsәrlәri (1971) muzeylәri, Sәlimiyyә xalq kitabxanası var. Hәr il әnәnәvi Kırkpınar yağlı gülәş turniri keçirilir. K.t. r-nunun (taxıl vә s.) ticarәt mәrkәzidir. Yeyinti sәnayesi müәssisәlәri, pambıq parça f-ki, d.y. emalatxanaları var. Gül yağı istehsal edilir, xalça toxunur.

    Ядирня шящяриндян эюрцнцш.

    Ядирня шящяри. Сялимиййя ъамеси.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç