EKSPÉRT (lat. expertus – tәcrübәli) – 1) xüsusi bilik tәlәb edәn mәsәlәlәri hәll etmәk üçün dәvәt olunan elm, texnika, incәsәnәt vә s. sahә mütәxәssisi (bax Ekspertiza). 2) H ü q u q d a E. – xüsusi biliyә malik olan vә tәhqiqat orqanları, mәhkәmә, digәr dövlәt (mәs., arbitraj) vә ictimai (mәs., münsiflәr mәhkәmәsi) orqanlar tәrәfindәn ekspertiza aparmaq üçün cәlb edilәn, cinayәt prosesindә marağı olmayan şәxs (Azәrb. Resp.-nın CPM-nin 97.1 maddәsi). E. cinayәt prosesi iştirakçılarının tәklif etdiklәri şәxslәr sırasından tәyin edilә vә ya müdafiә tәrәfindәn dәvәt oluna bilәr. E. rәyini yazılı tәqdim etmәlidir. Әsassız olaraq rәy vermәkdәn imtina etdikdә vә ya bilә-bilә yalan rәy verdikdә E. cinayәt mәsuliyyәti daşıyır (bax hәmçinin Mәhkәmә ekspertizası).