EKSPÉRT SİSTÉM – müәyyәn sahәyә uyğun mütәxәssis biliklәrini özündә әks etdirәn mürәkkәb kompleks proqramlar; problemli vәziyyәtlәrin hәllindә mütәxәssis-ekspertlәri qismәn әvәz edә bilәn kompüter sistemi. Belә sistemlәr konkret mövzu sahәsindә az tәcrübәli mütәxәssislәrә qәrar qәbulunda kömәk etdiyindәn, bәzәn qәrarların qәbulunu dәstәklәyәn sistemlәr dә adlandırılır. 20 әsrin 70-ci illәrindә süni intellekt tәdqiqatçıları tәrәfindәn yaradılmışdır. E.s.-in әsasını biliklәr bazası tәşkil edir. Biliklәrin qaydalar şәklindә formalaşmasında müxtәlif tәsvir modellәrindәn (semantik, freym, formal mәntiq, problemyönlü vә s.) istifadә olunur. İnformatikada E.s.-lәrә (biliklәr bazası ilә birlikdә) ekspertlәrin müәyyәn bilik sahәsindә mәntiqi nәticә vә qәrarqәbuletmә prosedurlarına әsaslanmaqla davranış modeli kimi, biliklәr bazasına isә seçilmiş mövzu sahәsindә faktlar vә mәntiqi nәticә qaydalarının toplusu kimi baxılır. Hәll etdiyi mәsәlәlәr baxımından diaqnostik (diaqnozların qoyulması üçün), layihәlәn- dirәn (hәr hansı bir obyektin layihәlәndirilmәsi), monitorinq (müxtәlif vәziyyәtlәrin müqayisәsi), tәdris (avtomatlaşdırılmış tәdris sistemlәrinin tәşkili) vә s. E.s.-lәr var. E.s.-in strukturuna istifadәçinin interfeysi, istifadәçi, biliklәr bazasının intellektual redaktoru, ekspert, biliklәr üzrә mühәndis, işçi (әmәli) yaddaş, biliklәr bazası, hәlledici, izahetmә altsistemi daxildir.
Real zamanla әlaqәsinә görә statik (mә- sәlә hәll edilәn müddәtdә әtraf mühitdә baş verәn dәyişikliklәrin nәzarә alınmadığı hallarda) vә dinamik (mәsәlәnin hәlli müddәtindә әtraf mühitdә baş verәn dәyişiklik- lәr nәzәrә alan) E.s. olur. Statik E.s.-dәn başqa, dinamik sistemin arxitekturasına xarici alәmin modelәşdirilmәsi altsistemi vә xarici alәmlә әlaqә (vericilәr vә kontrollerlәr sistemi vasitәsilә) altsistemi daxildir.