EKSPERTİZA – әn müxtәlif sferalarda optimal qәrarların qәbulu üçün biliklәrin tәtbiqi ilә bağlı spesifik iş tipi; elm, texnika, incәsәnәt vә s. sahәlәrdә xüsusi bilik tәlәb edәn hәr hansı mәsәlәnin ekspert tәrәfindәn araşdırılması. E.-nı bu vә ya digәr bilik sahәsi üzrә mütәxәssislәr – ekspertlәr hәyata keçirir. Daha çox hallarda layihә-tikinti, plan-iqtisadiyyat, mәhkәmә ekspertizası vә s. aparılır. Ekspertin funksiyaları mütәxәssisin funksiyalarından fәrqlәnir; mütәxәssis problemi hәll etmәli olduğu halda, ekspertdәn hәmin problemi necә hәll etmәk haqqında bilik tәlәb olunur. Ekspert öz sahәsinә dair biliklәrlә yanaşı, hәm dә müxtәlif vәziyyәtlәrdә hәmin biliklәrdәn effektiv istifadәyә imkan verәn xüsusi bacarıqlara malik olmalıdır. Ekspert biliklәri üç qrupa bölünür: 1) formal (yaxud deklarativ) – universal xarakter daşıyan, faktlara әsaslanan vә açıq ifadә olunan biliklәr; 2) praktik (yaxud prosedur biliklәri) – onlar “nou-hau” (istehsalat sirri) kimi xarakterizә edilir, adәtәn, şәxsiyyәtlә әlaqәli vә gizli olur; 3) özütәnzimlәnәn – reflektiv biliklәr; fәrd onlar vasitәsilә öz hәrәkәtlәrinә nәzarәt edir vә onları qiymәtlәndirir.
E. anlayışı çoxölçülüdür vә müxtәlif sahәlәrdә onun müxtәlif parametrlәri ön plana keçә bilәr. ABŞ psixoloqu R.Sternberq yeddi parametr müәyyәnlәşdirmişdir: problemin hәlli prosesi; genişhәcmli biliklәr; biliklәrin tәşkilinin tәkmillәşdirilmiş üsulları; biliklәrdәn effektiv istifadә bacarığı; yaradıcı qabiliyyәtlәr, o cümlәdәn fәrdin malik olduğu biliklәr әsasında yeni biliklәr әldә etmәk qabiliyyәti; avtomatiklәşmiş hәrәkәtlәr; tәcrübi bacarıqlar. Dar mәnada E. ekspertlәrin bilavasitә mülahizәlәrinә әsaslanır vә onların sorğu üsulundan, geniş mәnada isә daha çox ekspertin mәlumat mәnbәlәrindәn, hәmin mәlumatların alınması vә emalı metodlarından istifadә edir. Mahiyyәtcә belә E. sorğu xarakterini itirәrәk tәhqiqata yaxınlaşır.