Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    "EKSPLORER"

    “EKSPLÓRER” (ing. explorer – tәdqiqatçı) – Yerәtrafı kosmik fәzanın öyrәnilmәsi üçün buraxılan Amerika kosmik aparatlarının adı. 1958 il fevralın 1-dә orbitә çıxarılmış “E-1” ABŞ-da buraxılmış Yerin ilk süni peykidir. Çәkisi vә hәndәsi xarakteristikaları, konstruksiyası, elmi avadanlığın tәrkibi, tәyinatı, orbitin parametrlәri vә s.-yә görә fәrqlәnәn bir neçә kosmik aparatlar seriyası “E.” adı altında birlәşdirilmişdir. “E.” proqramları üzrә buraxılışlarda “Skaut”, “Torad-Delta” vә s. daşıyıcı raketlәrdәn istifadә edilir. Bәzi “E.”-lәr әsas peykin әlavә faydalı yükü kimi orbitә buraxılır. Ayrı-ayrı “E.”-lәr selenosentrik orbitә çıxarılmışdır. Konstruktiv cәhәtdәn “E.” müxtәlif hәndәsi cisimlәr (kürә, çoxüzlü, silindr, konus), yaxud onların birlәşmәlәri şәklindә hazırlanır. “E.”-in maks. xәtti ölçüsü 2 m-ә qәdәrdir; kütlәsi 8,3 kq-dan (“E-1”) 660 kq-adәkdir; enerji tәchizi sistemindә kimyәvi vә günәş batareyalarından istifadә olunur. Maks. aktiv fәaliyyәt müddәti 3 ilә yaxındır. “E.”-dәn istifadә etmәklә kosmik şüalar, Günәş vә ulduzlardakı şüalanmalar, maqnit sahәlәri, meteor hissәciklәri, ionosfer vә atm., Yerәtrafı fәzanın radiasiya şәraiti vә s. öyrәnilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV