EKSPONÁT (lat. exponatus – göstәrilәn) – muzey, yaxud sәrgi salonlarında nümayiş etdirilәn әşya. Boyakarlıq, heykәltәraşlıq vә dekorativ-tәtbiqi sәnәt әsәrlәri, elәcә dә fauna vә flora nümunәlәri, tarixi, etnoqrafik, memorial xarakterli sәnәd vә fotoşәkillәr, sxem, diaqram vә s. E. ola bilәr.