EKSPONÓMETR (lat. exponere – nümayiş etdirmәk, göstәrmәk + …metr), e k s p o z i m e t r – foto vә kino çәkili- şindә, yaxud fotosurәtlәrin alınmasında düzgün ekspozisiyanı (ekspozisiya müddәtini vә diafraqma әdәdini) tәmin edәn quruluş. E.-in 3 növü var: optik, fotoelektrik vә cәdvәl (kalkulyator). İş prinsipi çәkilәn obyektin parlaqlığının, yaxud işıqlandırılmasının ölçülmәsinә әsaslanan vә yüksәk dәqiqliyi tәmin edәn fotoelektrik E.-dәn daha geniş istifadә olunur. Müasir foto vә kino aparatlarının içindә qurulan E.-lәr, hәmçinin ekspozisiya parametrlәrini tәyin edәn vә tәnzimlәyәn mexanizmlәrlә әlaqәli işlәyәn eksponometrik quruluşlar olur.