EKSPOZİSİYA – 1) ә d ә b i y y a t d a: bәdii әsәrdә süjetin tәrkib hissәsi; tәhkiyәnin inkişafı üçün hazırlıq olan bir hadisәni izah edәn epizod. E.-da әsәrin süjetini tәşkil edәn hadisәlәrin başvermә şәraiti vә mühiti haqqında mәlumat verilir, hadisәlәrin necә inkişaf edәcәyinә işarә olunur. Mәs., Füzulinin “Leyli vә Mәcnun” әsәrinin әvvәlindә aramsız ağlayan Qeysin gözәl qadının qucağında sakitlәşmәsi tәsvir edilir. 2) M u s i q i d ә: sonata formasının vә ya fuqanın başlanğıc bölmәsi. E.-da әsәrin әsas mövzuları şәrh edilir. Sonata formasının E.-sı baş, bağlayıcı, kömәkçi vә tamamlayıcı partiyaların mövzularından ibarәt olur (bağlayıcı vә tamamlayıcı partiyalar olmaya bilәr). Fuqanın E.-sı ardıcıl olaraq bütün sәslәrdәki mövzu vә ya mövzulardan ibarәtdir.