EKSPOZİSİYA, f o t o q r a f i y a d a – işığın tәsirindәn fotomaterialın işığahәssas tәbәqәsindә işıqlanma miqdarı. E. işıqlanma dәrәcәsi (E) ilә ekspozisiya vaxtının (t) hasilinә bәrabәrdir: H=E·t; adi çәkiliş zamanı lk·san, monoxromatik işıqlandırılan çәkilişdә isә C/m2 ilә ifadә olunur.