ƏDİRNƏ SÜLHÜ (1713) – Rusiya-Türkiyә müharibәsindәn (1710–13) sonra bağlanmış müqavilә. İyunun 13-dә Ədirnә ş.-ndә imzalanmışdır. Müqavilәnin bağlanmasına sәbәb I Pyotrun Prut sülhünün (1711) şәrtlәrini (Azovun qaytarılması, bir sıra qalanın sökülmәsi, Taqanroq hәrbi dәniz bazasının dağıdılması vә Reç Pospolitadan rus qoşunlarının çıxarılması) pozması oldu. Bununla әlaqәdar Osmanlı dövlәti Rusiyaya müharibә elan etdi (1711 ilin dekabrında vә 1712 ilin noyabrında, lakin hәrbi әmәliyyatlar başlamadı), Dnepr çayının aşağı axarının neytral әrazi elan edilmәsini, Ukraynanın sultanın protektoratına keçmәsini, Şimal müharibәsi (1700–21) nәticәsindә Rusiyanın işğal etdiyi bütün әrazilәrin İsveç kralı XII Karla qaytarılmasını, Rusiyanın Krım xanlığına yenidәn vergi ödәmәsini tәlәb etdi. Ə.s. 25 il müddәtinә bağlandı. XII Karla Reç Pospolitadan keçәrәk İsveçә dönmәsinә icazә verildi. Dneprin sağ sahili (Kiyev vә әtrafındakı әrazi istisna olmaqla) türklәrin hakimiyyәtinә keçdi, iki dövlәtin sәrhәdi Samara vә Orel çayları arasında müәyyәnlәşdirildi.