ƏDİRNƏ SÜLHÜ (1829) – Rusiya-Türkiyә müharibәsini (1828–29) başa çatdırmış müqavilә. Sentyabrın 14-dә Türkiyәnin Ədirnә ş.-ndә imzalanmışdır. Ə.s.-nә әsasәn adalarla birlikdә Dunayın deltası, Kuban çayının mәnsәbindәn Acarıstanın şm. sәrhәdinәdәk Qafqazın Qara dәniz sahili, hәmçinin Anapa, Poti, Axalkәlәk, Axalsıx qalaları Rusiyaya verildi. Türkiyә Gürcüstan, İmereti, Minqreliya vә Quriyanın, hәmçinin Türkmәnçay müqavilәsinә (1828) әsasәn İrәvan vә Naxçıvan xanlıqlarının Rusiyaya birlәşdirilmәsini tәsdiq etdi. Türkiyә Rusiyanın vә xarici ölkәlәrin ticarәt gәmilәrinә Bosfor vә Dardanel boğazlarından sәrbәst keçmәk hüququ, hәr il xәrac almaq şәrti ilә, Moldovaya vә Valaxiyaya muxtariyyәt verdi. Türkiyә 1,5 il әrzindә Rusiyaya 1,5 mln. Hollandiya çervonu mәblәğindә tәzminat vermәli idi. Ə.s. Cәnubi Qafqazın çox hissәsinin Rusiyaya birlәşdirilmәsini başa çatdırdı.