EKSPRÓMT (lat. expromtus – tez, hazır), b ә d a h ә t – improvizasiya növü; 1) ә d ә b i y y a t d a әvvәlcәdәn düşünülmәyәn, bәdahәtәn deyilәn, yaxud yazılan şeir. E.-un yaranma sәbәbi konkret situasiya, hadisә olur. Kompliment, e p i q r a m, m a d r i q a l, zarafat xarakterli, elәcә dә ciddi lirik poeziya tәrzindә E.-lar var. E., әsasәn, şifahi poeziya әnәnәlәrinin saxlandığı mühitdә yaranır. Qazaxlarda akınlar, ruslarda çastuşkalar, ingilislәrdә limeriklәr, malayyalılarda pantunlar E. sәciyyәlidir. Azәrb. әdәbiyyatında E.-a, әsasәn, şifahi (meyxanaçıların, aşıqların yaradıcılığında), elәcә dә yazılı әdәbiyyatda rast gәlinir. M.P.Vaqif, S.Ә.Şirvani, M.Ә.Sabir, M.Hadi, Ә.Vahid vә b.-nın sәnәtkarlıq baxımından kamil E. örnәklәri mәlumdur; 2) m u s i q i d ә improvizә xarakterli instrumental pyes. Müstәqil musiqi janrı kimi, әsasәn, fp. pyeslәrindә, 19 әsrdә musiqidә romantizmin tәşәkkülü dövründә yayılmışdır. Y.V.Vorjisekin fp. E.-ları (op. 7, 1822) bu janrda ilk әsәrlәrdәndir. E. janrına H.A.Marşner (op. 22, 23) dә müraciәt etmişdir. F.Şubert (op. 90 vә 142) E. janrında klassik nümunәlәr yaratmışdır. F.Şopenin yaradıcılığında improvizasiyaçılıq onun daha böyük (mәs., “Prelüdlәr”i ilә müqayisәdә) pyeslәrindә öz ifadәsini tapmışdır. Janr әlaqәlәri, nәğmәnin, yaxud rәqsin yaranmasında iştirak amili bәzәn әsәrin adında yer alır (mәs., F.Listin “Vals-E.-u”, A.Skryabinin mazurka formalı E.-u). E.Qriq, Q.Fore, F.Pulenk, rus bәstәkarlarından P.İ.Çaykovski, A.S.Arenski, A.K.Lyadov, Azәrb. bәstәkarlarından Z.Bağırov, H.Rzayev vә b. E. janrında әsәrlәr yaratmışlar.