EKSPROPRİÁSİYA (eks… + proprius – xüsusi sözündәn) – dövlәt orqanları tәrәfindәn әmlakın hüquqi-mәcburi surәtdә әvәzsiz, yaxud haqqı ödәnilmәklә özgәninkilәşdirilmәsi. Haqqın ödәnilmәsindәn asılı olaraq, E.-nın rekvizisiya vә konfiskasiya formaları fәrqlәndirilir.