ƏDVİYYAT BİTKİLƏRİ – müxtәlif orqanlarında әtirli maddәlәr olan ot vә ağac növlәri. Fәrqli bitki fәsilәlәrinә vә biol. qruplara (bax Tәrәvәz bitkilәri) aiddir: әdva әtirli, dadlı, efiryağlı, dәrman, göyәrti, meyvәköklü vә sitrus bitkilәri. Tәrkibindә efir yağları vә onların törәmәlәri olduğundan Ə.b.-nin spesifik әtri vә müxtәlif dәrәcәdә yandırıcı, acıtәhәr tamı olur; Ə.b.nin tәrkibindә elәcә dә mineral duzlar, fitonsidlәr, vitaminlәr vә s. vardır. Ə.b.-nin hissәlәri qidanın dadı vә әtrinin yaxşılaşdırılması üçün, qida sәnayesindә, әczaçılıqda az miqdarda istifadә edilir. Hәr yerdә becәrilir (mülayim iqlimli zonalarda cirә, reyhan, vәzәri, keşniş, qaraqınıx, rozmarin, cәfәri, kәklikotu, zirә, razyana, kәrәviz, şüyüd, tәrxun, zәfәran, qıtıqotu, nanә, sarımsaq vә s.; tropik vә subtropiklәrdә әtirli vanil, әsl badyan, mixәk vә darçın ağacları, dәrman zәncәfili, hil, nәcib dәfnә, cövüz, qara istiot vә s.). Azәrb.da, әsasәn, ot formasında olan Ə.b. bitir vә becәrilir; әn geniş yayılanı şüyüd, razyana, cәfәri, kәrәviz, dağkeşnişi, cırhavuc, vәzәri, tәrxun, kәvәr, reyhan, kәklikotu, bәdrәnc, nanә, soğan, sarımsaq, zәfәran vә s.-dir.