ƏFƏNDİ (әr. türk efendi, yun. αφθέντες – hökmdar, cәnab sözündәn) – Osmanlı imperiyasında müraciәt forması; әvvәllәr sultan da daxil olmaqla әyan, adlı-sanlı cәnab mәnasında daha geniş şәxslәr dairәsinә aid edilirdi. 19 әsrdәn sultan nәslindәn olan şahzadәlәrә, ilahiyyat elminin nümayәndәlәrinә, xaricilәrә vә müsәlman olmayanlara, qadınlara (xanım әfәndi), dövlәt mәmurlarına (Ə. onların rütbәsinin tәrkib hissәsi sayılırdı), hәmçinin bütün savadlı mülki şәxslәrә xitabәn nәzakәtli müraciәt forması kimi işlәdilirdi. Türkiyә Resp.-ında rütbәlәrin vә bütün köhnә müraciәt formalarının lәğvi ilә (1934) Ə.-nin rәsmi müraciәt forması kimi işlәdilmәsinә son qoyuldu. Hazırda Türkiyәdә, әsasәn, danışıq dilindә hörmәt әlamәti olaraq işlәdilir.