EKSSENTRİSİTÉT – k o n u s k ә s i y i n i n formasını xarakterizә edәn әdәd; konus kәsiyinin istәnilәn nöqtәsindәn fokusa qәdәr olan mәsafәnin (r) bu nöqtәdәn direktrisә qәdәr olan mәsafәyә (d ) nisbәtinә bәrabәrdir: e = r/d. Ellips üçün e < 1 (çevrә üçün e = 0), hiperbola üçün e > 1, parabola üçün e = 1. Ortaq F fokusuna vә D direktrisinә malik olan konus kәsiyinin formasının E.-dәn asılılığı şәkildә göstәrilmişdir. Eyni E.-ә malik iki konus kәsiyi oxşardır. “E.” terminini İ.Kepler (1609) elmә daxil etmişdir. (1609) elmә daxil etmişdir.