ƏFƏNDİ, Əfәndikәnd, Rәhman kәnd – İrәvan xanlığının Göyçә mahalında (31.12.1937 ildәn Sevan r-nu), Göyçә gölünün sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәni tәcavüzünә mәruz qalmış, әhalisi qovulmuş vә buraya Türkiyәdәn köçürülmüş ermәnilәr yerlәşdirilmişdir. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra kәndin qaçqın әhalisinin bir hissәsi geri qayıtsa da, 1948–53 illәrdә yenidәn Azәrb.-a deportasiya olunmuşdur. 4.1.1938 ildә kәnd Noraşen adlandırılmışdır.