ЕКССУДАТИВ–КАТАРАЛ ДИАТЕЗ – insan konstitusiyasının anomaliyası; adi fizioloji qıcıqlandırıcılara qarşı orqanizmin dәyişkәn allergik reaksiyası әsasında baş verir. Әn çox 2–3 yaşlı uşaqlarda aydın tәzahür edir; 3–5 yaşlarında zәiflәyir, lakin E.-k.d.-in baş vermәsi uşağın hәyatının hәm ilk aylarında, hәm dә onun böyümә vә inkişafının bütün dövrlәrindә müşahidә edilә bilәr.
E.-k.d.-in başvermә sәbәblәri vә inkişaf mexanizmi tam aydınlaşdırılmamışdır. Uşaq orqanizmi qida, bakterial, mәişәt, dәrman vә b. xarakterli müxtәlif allergenlәrlә sensibilizasiya olunur. Lakin xәstәli- yin mәnşәyindә mәrkәzi vә vegetativ sinir sisteminin funksional xüsusiyyәtlәri başlıca rol oynayır. Bu zaman maddәlәr mübadilәsinin vә orqanizmin sensibilizasiyasının dәyişmәsinә sәbәb olan neyro-humoral tәnzimlәmә mexanizmi pozulur.
E.-k.d.-li uşaqlar xarici görkәmcә pastozlu, “zәif, sısqa”, yaxud kökәlmәyә az meyilli, qıcıqlanan; dәri xәstәliklәrinә (tәrdәn bişmә, seboreya, gicişmә, ekzema, mәxmәrәk) meyilli olurlar. Ekssudativ iltihabi proseslәr selikli qişalarda da (dil epitelisinin soyulması, konyunktivit, rinit, bronxit) inkişaf edir. Çox vaxt piyelit, dәyişkәn defekasiya (qarınişlәmә), bәzәn dә qәbizliyә meyillilik müşahidә olunur. E.-k.d. üçün bir çox xәstәliklәrin sürәkli gedişi vә müxtәlif ağırlaşmalara sәbәb olan immunitet zәiflәmәsi sәciyyәvidir. Uşaqlarda bütün yaşlarda ekzema, neyrodermit, astmatik bronxit, bronxial astma inkişaf edә bilәr. M ü a l i c ә s i: uşağa yaxşı qulluq, düzgün rejim, uşaqda dәri dәyişiklәrinә sәbәb olan mәhsulların (şokolad, çiyәlәk, sitruslar, balıq, yumurta vә s.) rasiondan çıxarılması ilә keyfiyyәtli qidalanma, vitamin müalicәsi, antihistamin preparatları.