EKSTERİORİZÁSİYA (fr. extériorisation – aşkarlanma, lat. exterior – xarici, zahiri), p s i x o l o g i y a d a – insanın daxili psixi hәyatının zahiri forma kәsb etdiyi proses. “E.” anlayışına prinsipial qiymәti ilk dәfә psixoloq L.S.Vıqotski özünün davranışın mәdәni-tarixi nәzәriyyәsindә vermişdir. Yüksәk davranış formalarının psixoloji tәdqiqatının obyektiv metodu ideyası da E. anlayışı ilә әlaqәdardır.