ƏFƏNDİYEV (Əfәndizad ә) Abdulla bәy İsmayıl bәy oğlu (1873, Şәki –1928, Bakı) – maarif xadimi, tәrcümәçi. AXC Parlamentinin üzvü. Rәşid bәy Əfәndiyevin qardaşıdır. Nuxada (Şәkidә) evdә vә mәhәllә mәktәbindә (1880–88) ibtidai, Gәncәdә sәnәt mәktәbindә k.t. üzrә orta ixtisas (1888–94), Tiflisdә Aleksandr Müәllimlәr İn-tunda ali pedaqoji (1895–98) tәhsil almışdır. 1898 ildә Bakıda pedaqoji fәaliyyәtә başlamış, müxtәlif mәktәblәrdә müәllim vә müdir (1898–1920) işlәmişdir. Qafqaz müsәlman müәllimlәrinin birinci (1906) vә ikinci (1907) qurultaylarında iştirak etmiş, S.S.Axundov vә F.Ağazadә ilә birgә tәrtib etdiyi yeni әlifba layihәsini müzakirәyә çıxarmış, onlarla birlikdә hәmin әlifba layihәsi vә qurultayda qәbul olunmuş proqram әsasında “İkinci il” (1908) dәrsliyini yazıb nәşr etdirmişdir. Ə. Azәrb. Milli Şurasının “Azәrbaycan Mәclisi-Mәbusanının tәsisi haqqında qanun”una (1918, 19 noyabr) әsasәn Nuxadan Azәrb. Parlamentinә deputat seçilmişdir. Parlamentdә әvvәlcә “Əhrar” fraksiyasına daxil olmuş, 1919 il noyabrın әvvәllәrindә bu fraksiyadan ayrılaraq, özünü sol müstәqil elan etmişdir. Azәrb. Xalq Cümhuriyyәti dövründә Ə. Maarif Nazirliyinin әlifba islahatına dair komissiyasının tәrkibindә çalışmışdır. Müzakirәyә tәqdim etdiyi әlifba layihәsi komissiya tәrәfindәn bәyәnilmişdi. Ə.-in tәrtib etdiyi әlifba әsasında müstәqil dövlәtin “Son türk әlifbası” adlı әlifba dәrsliyinin (1919) nәşrinә icazә verilmişdi. “Rüstәmin yuxusu, yaxud röyası” (1906), “Şagirdlәrә hәdiyyә” (1914) kitablarının müәllifidir. Birinci kitab haqqında M.Ə.Rәsulzadә rәy dәrc etdirmişdir. Ə. tәrcümә ilә dә mәşğul olmuş, İ.A.Krılovun, M.Y.Lermontovun şeirlәrini ana dilinә çevirmişdir.