EKSTERYÉR (fr.éxtérieur, lat. eksterior –xarici) – heyvanların bәdәn quruluşunun xarici görünüşü. E. heyvanların bәdәn görünüşünә baxmaqla vә ayrı-ayrı hissәlәrini ölçmәklә tәyin olunur (qiymәtlәndirilir). Zootexnikada E. tәlimi k.t. heyvanlarının xarici görünüşünә görә bioloji xüsusiyyәtlәrinin vә onların tәsәrrüfat әhәmiyyәtinә görә qiymәtlәndirilmәsidir. Xüsusilә damazlıq tәsәrrüfatlarında heyvan seçilmәsindә E.-dәn istifadә edilir. E.-ә әsasәn heyvanlar üç üsulla seçilir. E.-in ü m u m i g ö z ә y a r ı q i y m ә t l ә n d i r i l m ә s i üsulu bilik vә tәcrübә tәlәb edir. Mütәxәssis heyvana baxmaqla onun bәdәn quruluşunu, ayrı-ayrı hissәlәrinin inkişaf xüsusiyyәtlәrini, mütәnasibliyini görmәli vә müәyyәn etmәlidir. Bu, tәkmillәşmiş üsuldur. Qiymәtlәndirmә ballarla ölçülür. E.-in p u n k t i r l ә q i y m ә t l ә n d i r i l m ә s i gözәyarı aparılır vә 100 ballıq şkaladan istifadә edilir. E.-in ölçmәklә qiymәtlәndirilmәsi heyvanın E.-i haqqında tam tәsәvvür yaratmır. Buna görә dә heyvan haqqında daha әtraflı mәlumat almaqdan ötrü onun şәklinin (foto, yaxud stereoskopik) çәkilmәsi daha mәqsәdәuyğundur.