EKSTİNKSİYA (lat. exstinctio – sönmә) – maddәdә yayılan işıq dәstәsinin zәiflәmәsi; bu, işığın udulması vә işığın sәpilmәsinin birgә tәsiri nәticәsindә baş verir. I intensivlikli dәstәnin zәiflәmәsi ümumi halda Buger–Lambert–Ber qanununa görә hesablana bilәr: I = I0e–βl; burada l – uducu maddәnin qalınlığı, E. göstәricisi (zәiflәmә göstәricisi) olan β isә α udulma göstәricisi ilә ρ sәpilmә göstәricisinin cәminә bәrabәrdir: β = α + ρ. E. göstәricisi uzunluğun tәrs ölçüsünә (m–1, sm–1) malikdir. Ölçüsüz E. ә m s a l ı mühitin udma әmsalı ilә sәpmә әmsalının cәminә bәrabәrdir. E. әmsalları vә göstәricilәri müxtәlif uzunluqlu işıq dalğaları üçün müxtәlifdir.