EKSTİRPÁSİYA (eks... + lat. tirpatio – kökü ilә çıxarma) – hәr hansı orqanın (mәs., mәdә, uşaqlıq, qırtlaq) cәrrahi yolla tamam çıxarılması. Başlıca olaraq, orqanın bәdxassәli şişlәrlә zәdәlәnmәsi zamanı tәtbiq edilir; müalicә mәrhәlәlәrindәn biridir. Bax Amputasiya, Rezeksiya.