ƏFƏNDİYEV Ayaz Adil oğlu (15.1.1938, Bakı – 19.11.2007, orada) – Azәrb. kimyaçısı, kimya e.d. (1982), AMEA-nın akad.-i (2007; m. üzvü 2001). Azәrb. Resp. әmәkdar elm xadimi (2005). A.Əfәndiyevin oğludur. Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1959). Azәrb. SSR EA NeftKimya Proseslәri İn-tunda kiçik elmi işçi (1959– 65), Azәrb. EA Kimya Texnologiyasının Nәzәri Problemlәri İn-tunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) böyük elmi işçi (1966–71), laboratoriya müdiri (1971–2007), AMEA-nın Polimer Materialları İn-tunun direk-toru (1987– 2007) işlәmiş, kimya elmlәri bölmәsinin akad.-katibi vәzifәsini (2001–07) icra etmişdir. Tәdqiqatları kompleks әmәlә gәtirәn polimer sorbentlәrin vә metal-polimer kompleks katalizatorların alınmasının vә xassәlәrinin tәnzimlәnmәsi prinsiplәrinin işlәnib hazırlanmasına hәsr edilmişdir. 400-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.