EKSTRÁKTOR – seçici (selektiv) mәhlulların (ekstragentlәrin) kömәyilә maye vә ya bәrk maddәlәri ayıran aparat. Fazaların qarşılıqlı hәrәkәt istiqamәtindәn asılı olaraq düzaxınlı, әks-axınlı vә qarışıq axınlı E.- lara ayrılır. Dövri, yarımdövri vә fasilәsiz işlәyәn E.-lar olur. İri istehsalat sahәlәrindә, әsasәn, sütunlu aparatlar, qarışdırıcı-çökdürücülәr vә mәrkәzdәnqaçma aparatlarına bölünәn fasilәsiz әks-axınlı E.-lar istifadә edilir. S ü t u n l u E.-lara pulsasiyalı sütunlar (bәrk qarışıqlı mәhlullardan ekstraksiya üçün), ümumi valda fırlanan, disklәrlә seksiyalara bölünmüş rotorlu-diskli vә növbәlәşәn qarışdırıcı vә çökdürücü taxma bölmәlәrә malik E.-lar aiddir. Q a r ı ş d ı r ı c ı - ç ö k d ü r ü c ü l ә r qarışdırıcı vә çökdürücü kameralara malik bir neçә bölmәdәn ibarәtdir. Qarışdırma mexaniki yolla, hava axını vә ya döyünmәlәrin kömәyilә yerinә yetirilir. M ә r k ә z d ә n q a ç m a E. yarıqları olan silindrin bәrkidildiyi rotordan ibarәtdir. Radioaktiv mәhlulların ayrılmasında istifadә olunur, yüksәk mәhsuldarlığı ilә seçilir.