ƏFƏNDİYEV Fuad Əlәddin oğlu (23.2. 1909, Bakı – 19.10.1963, Bakı) – Azәrb. cәrrahı, tibb e.d. (1941), prof. (1943), Azәrb. SSR EA m. üzvü (1959). Azәrb. SSR әmәkdar hәkimi (1942) vә әmәkdar elm xadimi (1956). A.Əfәndiyevin qardaşıdır. 1944 ildәn ömrünün sonunadәk Azәrb. Dövlәt Tibb İn-tunda 2-ci fakültә cәrrahlığı kafedrasının müdiri olmuşdur. Ə. hematologiya vә qanköçürmә sahәsindә dә tәdqiqat işlәri aparmış, 1957 ildә onun tәşәbbüsü ilә Bakı ş. 4 №-li kliniki xәstәxanada döş qәfәsi cәrrahlığı şöbәsi yaradılmışdır. Azәrb. Eksperimental vә Kliniki Tibb İntunun tәşkilatçısı vә ilk direktoru olmuşdur (1961). Tәdqiqatları, әsasәn, döş qәfәsi cәrrahlığı, hematologiya, qanköçürmә, qanın laxtalanması vә s.-yә hәsr edilmişdir. Plevra boşluğunda qanın infeksiyalaşmasını asanlıqla müәyyәnlәşdirәn orijinal üsul tәklif etmiş (“Əfәndiyev sınağı”), ağ ciyәr cәrrahlığı üçün xüsusi alәt vә aparatlar yaratmış, hemotoraks vә hemartrozların ekspres üsulla müalicәsinin mümkün olduğunu göstәrmişdir. 200-dәn artıq elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. SSRİ Tibb EAnın N.N.Burdenko ad. mükafatına layiq görülmüşdür. Azәrb. SSR Ali Sovetinin (3–6-cı çağırış) deputatı olmuş, Qırmızı Əmәk Bayrağı vә Qırmızı Ulduz ordenlәri ilә tәltif edilmişdir.
Əsәrlәri: Köks qәfәsi yaralanmalarında plevra boşluğuna qanaxmaların patogenezi, klinikası vә müalicәsi. B., 1947; Избр. труды, в двух томах. Т.1–2, Б., 1967–68.