ƏFƏNDİYEV Heydәr Xәlil oğlu [1.7.1907, Nuxa (indiki Şәki) – 24.1.1967, Bakı] – Azәrb. kimyaçısı, geologiya-mineralogiya e.d. (1958), prof. (1959), Azәrb. SSR EA m. üzvü (1962). Azәrb.-da geokimya elminin yaradıcılarından biri. 1933 ildәn SSRİ EA Azәrb. Filialında, sonra Azәrb. SSR EA-da müxtәlif rәhbәr vәzifәlәrdә işlәmiş, 1949 ildәn ömrünün sonunadәk Kimya İn-tunun direktoru olmuşdur. Ə.-in әsas elmi işlәri nadir elementlәr kimyası vә geokimyası sahәsindәdir. Azәrb.-ın mineral vә lay sularında nadir vә radioaktiv elementlәrin yayılma qanunauyğunluqlarını müәyyәn etmişdir. Kiçik Qafqazın şm.-ş. hissәsindәki hidrotermal filiz kompleksinin mineralogiyası vә geokimyasını öyrәnmiş, selen, tellur vә saf kobalt 2-oksidin alınma texnologiyasının yeni sxemini işlәyib hazırlamışdır. Azәrb. dilindә kimya terminologiyasının tәkmillәşdirilmәsindә xidmәti var. 200-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә kitabın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. İki “Şәrәf nişanı” ordeni vә medallarla tәltif olunmuşdur.
Əsәrlәri: Никеленосность ультраосновных пород Азербайджана. Б., 1945; Минеральные источники Азербайджана. Б., 1952; Вопросы геохимии радиоактивных элементов нефтяных месторождений. Б., 1964.