EKSTRAVERSİYA (ekstra… + lat. vertere – döndәrmәk sözündәn) – şәxsin öz hisslәrini vә maraqlarını xarici alәmin obyektlәri üzәrindә mәrkәzlәşdirmәsi, introversiyanın әksi. “E.” anlayışını psixologiyaya K.Yunq gәtirmişdir. E., әsasәn, tәşәbbüskarlıq, mehribanlıq, hәlim davranış, sosial adaptasiya ilә müşayiәt olunur. Bu kateqoriyaya aid insanlar ekstravert adlanır.