EKSTREMAL TӘNZİMLӘYİCİ – idarәolunan obyektin iş keyfiyyәtini (mәs., mәhsuldarlığını) xarakterizә edәn bir sıra göstәricilәrin (tәnzimlәnәn kәmiyyәtlәrin) ekstremal (minimal vә ya maksimal) hәddә çatan qiymәtlәrini avtomatik axtaran vә lazımi qiymәtdә saxlayan tәnzimlәyici. E.t.-nin fasilәsiz işlәyәn (az әtalәtli obyektlәrin idarә olunması, mәs., rezonans konturlarının sazlanması üçün istifadә edilir), impulslu vә rәqәmli (әtalәtli ob- yektlәr, mәs., kimyәvi reaktorlar üçün istifadә edilir) növlәri var.