ƏFƏNDİYEV İsmayıl Mahmud oğlu (30.5.1910, Şamaxı – 30.10.1967, Bakı) – Azәrb. aktyoru, rejissor. Azәrb. SSR әmәkdar artisti (1943). 1932 ildәn Bakı Türk İşçi Teatrında aktyor kimi fәaliyyәtә başlamış, 1939 ilәdәk Gәncә Dram Teatrında bir sıra rollar oynamışdır. Azәrb.-ın ilk peşәkar kinoaktyorlarından olan Ə. 1935 ildә “Mәhәbbәt oyunu” filmindә, sonralar “Yeni horizont” (1940), “Sәbuhi” (1941), “Vәtәn oğlu” (1941), “Fәtәli xan” (1947), “Bәxtiyar” (1955), “Qara daşlar” (1956), “O olmasın, bu olsun” (1956), “Qızmar günәş altında” (1957), “İnsan mәskәn salır” (1967) vә s. filmlәrdә çәkilmişdir. “Arşın mal alan” (1945) filmindәki Süleyman obrazı Ə.-in kinoda yaratdığı әn parlaq rollardandır. “Kölgәlәr sürünür” (1958, Ş.Şeyxovla birgә) bәdii filminin vә “Arazın o tayında” (1947) sәnәdli filminin rej. olmuşdur.
Яфяндийев И. “Аршын мал алан” филминдя.