ƏFƏNDİYEV İsrayıl Rüstәm oğlu (29.3. 1945, Qazax r-nunun Sadıxlı k. – 4.4.2017, Bakı) – informatika vә avtomatik idarәetmә sahәsindә Azәrb. alimi, texnika e.d. (1986), prof. (1988), SSRİ Dövlәt mükafatı laureatı (1983). 1969 ildә Azәrb. Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirdikdәn sonra orada baş laborant, assistent (1975– 76), dosent (1977– 87) kimi fәaliyyәt göstәrmiş, 1993–97 illәrdә elm vә texnika işlәri üzrә prorektor vәzifәsindә çalışmışdır. 1988 ildәn kafedra müdiri, ADNSU-nun nәzdindә İdarәetmә Proseslәrinin Avtomatlaşdırılması ETİ-nin (1995 ildәn) yaradıcısı vә direktoru olmuşdur. Azәrb. Resp. Tәhsil Nazirliyinin “Avtomatika vә robototexnika” elmi-metodiki şurasının vә Azәrb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texnika Elmlәri üzrә ekspert şurasının sәdri vәzifәlәrini daşımışdır. Tәdqiqatları neftayırma sәnayesindә mürәkkәb kimya-texnologiya proseslәrinin optimal idarәolunması, istehsal proseslәrinin avtomatlaşdırılması vә s.-yә aiddir. Azәrb. Milli Ensiklopediyasının elmi mәslәhәtçisi olmuşdur. Ə. müxtәlif beynәlxalq konfrans vә konqreslәrdә mәruzәlәrlә çıxış etmişdir. 110-dan çox elmi әsәrin, o cümlәdәn 5 monoqrafiyanın vә dәrs vәsaitlәrinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Методы оптимального управления нефтехимическими технологическими процессами. Теория и применение (İ.A.İbrahimovla birlikdә). Б., 1997; Texnoloji proseslәrin optimal idarәetmә sistemlәrinin layihәlәndirilmәsi metodları. Nәzәriyyә vә tәtbiqi (İ.A.Mustafayevlә birliklә). B., 2005.