ƏFƏNDİYEV Qalib Mәmmәd oğlu (d.9. 5.1946, Bakı) – quyuların qazılması texnologiyası sahәsindә Azәrb. alimi, texnika e.d. (1997), prof. (2010), AMEA-nın m. üzvü (2007). Azәrb. Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmişdir (1969). 1970 ildәn Azәrb. SSR EA Dәrin Neft vә Qaz Yataqları Problemlәri İn-tunda mühәndis, böyük mühәndis, kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, şöbә müdiri olmuşdur. 2003 ildәn AMEA Geologiya İn-tunun (indiki AMEA Geologiya vә Geofizika İn-tu) “Quyuların qazılması texnologiyası” şöbәsinin müdiridir, ADNSU-da pedaqoji fәaliyyәt göstәrir. 2012–13 illәrdә Qazax.-da Xәzәr Dövlәt Texnologiya vә Mühәndislik Un-tindә (Aktau ş.), Atırau Neft vә Qaz İn-tunda mühazirәlәr oxumuşdur. Tәdqiqatları quyuların qazılması zamanı geol. kәsilişin xüsusiyyәtlәrinin öyrәnilmәsi vә optimal qәrarların qәbul edilmәsi, quyu qazılması prosesindә mürәkkәblәşmәlәrin vә qәzaların proqnozlaşdırılması, onların nәticәlәrinin aradan qaldırılması sahәsinә aiddir. Bir çox beynәlxalq konfransda mәruzәlәrlә çıxış etmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var. 180-dәn çox elmi әsәrin, o cümlәdәn bir monoqrafiyanın müәllifidir.
Əsәri: Повышение эффективности ограничения водопритоков в нефтяных скважинах (M.T. Abasov, A.S.Strekov ilә birlikdә). Б., 2009.