ƏFƏNDİYEV Mәmmәdәmin Mustafa oğlu (23.9.1897, Şamaxı – 3.5.1988, Bakı) – Azәrb. terapevti, tibb e.d. (1935), prof. (1936), Azәrb. SSR әmәkdar elm xadimi (1957). Bakı Dövlәt Un-tinin tibb fakültәsini (1924) bitirmişdir. Ə. 1936 ildә Azәrb. Dövlәt Tibb İn-tunun daxili xәstәliklәrin propedevtikası kafedrasının prof.-u seçilmiş vә 1944 ildәn ömrünün sonuna qәdәr hәmin kafedrada işlәmişdir (1944–84 illәrdә kafedra müdiri). Tәdqiqatları, әsasәn, kurortologiya, neft sәnayesi işçilәrinin peşә xәstәliklәri vә tibb tarixi problemlәrinә hәsr edilmişdir. Ə. resp.-da malyariya xәstәliyinin aradan qaldırılması üçün sәmәrәli fәaliyyәt göstәrmişdir. İxtisaslı kadrların hazırlanmasında xidmәti var. Azәrb. Terapevtlәr Cәmiyyәtinin sәdri (1954–84) olmuşdur. Lenin ordeni ilә tәltif edilmişdir. Bakıda adına xәstәxana var.
Əsәrlәri: Parazit qurdlar. B., 1933; Лечение малярии. Б., 1940; Курорт Исти-су. Б., 1965; Terapevtin cib kitabçası. B., 1966; Курорты и минеральные источники Азербайджана (физиотерапия), (A.X.Quliyevlә birlikdә). B., 1969.