ƏFƏNDİYEV Mәmmәdsadıq Mirzә Əhmәd oğlu (5.6.1902, Aşqabad – may, 1942, Kerç) – Azәrb. teatr tәnqidçisi, pedaqoq. 1920–25 illәrdә Azәrb. Fövqәladә Komissiyasında işlәmişdir. Bakı Türk İşçi Teatrının direktoru olmuşdur (1925–29). 30-cu illәrdә Moskva Dövlәt Konservatoriyasında, Dövlәt Kinematoqrafiya İn-tu vә Kommunist Un-tindә, elәcә dә Bakı Teatr Texnikumu, Azәrb. Dövlәt Pedaqoji İn-tu vә Azәrb. Dövlәt Konservatoriyasında teatr tarixindәn vә fәlsәfәdәn dәrs demişdir. Ə. Azәrb. teatrına dair әsәrlәr yazmış, mәtbuatda “Nuri Nuriyev” imzası ilә çıxış etmişdir. J.B.Molyerin “Xәsis” komediyasını “Mıqqı Kәrim”, “Yalançı xәstә” komediyasını isә “Cancur Sәmәd” adları ilә Azәrb. dilindә tәxmis etmişdir. Rus yazıçıları V.Kirşonun “Külәklәr şәhәri”, A.Qlebovun “İnqa”, Ukrayna yazıçısı Y.Yanovskinin “Qәzәb” әsәrlәrini sәhnәlәşdirmişdir. 1942 ildә Kerçdә gedәn döyüşlәrdә hәlak olmuşdur.
Əsәrlәri: Proletar teatrosu uğrunda. B., 1931; Что должен знать бакинский рабочий о своем тюркском театре. Б., 1931.