EKSTRÚZİYA (lat. extrusio – itәlәmә, itәlәyib çıxarma) – profillәnmiş plastik kütlә vә rezindәn mәmulatların hazırlanma üsulu; yüksәk özlülüyә malik yumşaldılmış materialların ekstruderin müәyyәn kәsikli başlığından fasilәsiz itәlәnib çıxarılmasından ibarәtdir. Soyuq, isti vә qaynar E.-lara ayrılır. S o y u q E. zamanı material tәzyiq altında yavaş-yavaş qarışdırılır, nәticәdә yalnız mexaniki dәyişikliklәrә mәruz qalmış material ekstruderdәn keçәrkәn lazımi formalı mәmulat alınır. İ s t i E.-da xammalın quru komponentlәri müәyyәn qәdәr su ilә qarışdırılaraq ekstruderә verilir. Burada tәkcә mexaniki deyil, hәm dә istilik tәsirinә mәruz qalan material sıxlığının azlığı, hәcmcә az artması, plastikliyi, hәmçinin mәsamәli quruluşu ilә fәrqlәnir. Yüksәk sürәt vә tәzyiq altında aparılan q a y n a r E. prosesindә mexaniki enerji istilik enerjisinә keçir. Nәticәdә materialda xeyli keyfiyyәt dәyişikliklәri әmәlә gәlir. Termoplastların E.-sında profilin forması soyuma, rezinin E.-sında isә vulkanlaşdırma nәticәsindә yaranır. Әsasәn, polimer (plastik kütlә, rezin, nişasta vә zülaltәrkibli qarışıqlar, borular, kabel örtüklәri, avtomobil kameraları, optik sistem elementlәri vә s.), ferrit mәmulatlar (nüvәlәr) istehsalında, hәmçinin yeyinti sәnayesindә (makaron vә s. hazırlanması) tәtbiq edilir. Rezin istehsalı texnologiyasında E. termini әvәzinә ş p r i s l ә m ә termini işlәdilir.