ƏFƏNDİYEV Nurәli Lәtif oğlu (5.9.1924, indiki Yevlax r-nunun Xanabad k. – 25. 8.2011, Bakı) – Azәrb. tibb alimi, cәrrahuroloq. Tibb e.d. (1974), prof. (1986). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1946). 1951–75 illәrdә Moskvada işlәmiş vә sonra Azәrb. Dövlәt Tibb İn-tunda urologiya kafedrasının ilk müdiri (1975–90) vә prof.-u (1990–2011) olmuşdur. Tәdqiqatları, әsasәn, böyrәyin rezeksiyasına, prostat vәzinin bәzi xәstәliklәrinin cәrrahiyәsinә aiddir. 130-dan artıq elmi әsәrin müәllifidir.