EKŞİ Oktay (d. 7.12.1932, Mesudiye, Ordu, Türkiyә) – türk jurnalisti, yazıçı. Ankara un-tinin hüquq fakültәsini bitirmişdir (1967). İlk yaradıcılıq fәaliyyәtinә Ankara agentliyindә başlamış (1952), “Dünya” (1955–60), “Öncü” (1960–61), “Ulus” (1961–62), “Yeni” (1966), (1971); “Hürriyyәt” (1972–74; 1985–2010), “Günәş” (1984–85) qәzetlәrindә müxtәlif vәzifәlәrdә çalışmışdır. 1961 il Konstitusiyasının hazırlanmasında iştirak edәn E., Qurucu mәclisdә mәtbuat katibi olmuşdur (1960). Bir müddәt Türkiyәnin İngiltәrәdәki sәfirliyindә çalışmış (1962–66), TRT-dә rәhbәr vәzifәyә tәyin edilmişdir (1970–71). Sosial-Demokrat Partiyasının (SODEP) tәşkilatçılarından vә sәdr müavini olmuş (1983), 1984 ildә siyasi hәyatdan ayrılmışdır. “Hürriyәt” xәbәr agentliyinin (sonralar “Doğan” xәbәr agentliyi) müdiri vәzifәsindә çalışmışdır (1975–82). Türkiyә Mәtbuat Şurasının qurulmasında iştirak etmişdir (1988–2011). Yeni Dehlidә keçirilәn “Dünya mәtbuat şurası”nın (World Association of Press Councils) sәdr müavini vә idarә heyәti üzvlәrindәn biri olmuşdur (1992–2009).