ƏFƏNDİYEV Oqtay Əbdülkәrim oğlu (26.3.1926, Bakı – 26.2.2013, Bakı) –Azәrb. tarixçisi, tarix e.d. (1969), prof. (1993), AMEA-nın m. üzvü (2001). Moskva Şәrqşünaslıq İn-tunu (1950) bitirmişdir. 1955 ildәn ömrünün sonunadәk Azәrb. EA Tarix İn-tunda elmi işçi, şöbә müdiri vәzifәlәrindә çalışmışdır. Eyni zamanda 1994–2004 illәrdә Xәzәr Un-tinin Qafqaz vә Mәrkәzi Asiya Araşdırmaları İn-tunun direktoru, 2006–07 illәrdә Azәrb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrә ekspert şurasının sәdri olmuşdur. BDU vә Türkiyәnin Mәrmәrә Un-tindә mühazirәlәr oxumuşdur. Tәdqiqatları farsdilli, türkdilli vә Avropa mәnbәlәrindәn istifadә etmәklә Azәrb.-ın orta әsrlәr dövlәtçilik tarixinin araşdırılması ilә bağlıdır. Ə. ilk dәfә Sәfәvilәr dövlәtinin tәşәkkülü vә inkişafında Azәrb. xalqının müstәsna vә aparıcı rolunu elmi cәhәtdәn әsaslandırmış, bu dövlәtin Azәrb. dövlәti olduğunu sübuta yetirmişdir. Yeddicildlik “Azәrbaycan tarixi”nin mәsul redaktoru vә әsas müәlliflәrindәn biri idi. Azәrbaycan Milli Ensiklopediyasının redaksiya heyәtinin üzvü olmuşdur. 200-әdәk elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. “Şәrәf nişanı” ordeni (1986) vә Azәrb. Resp.-nın “Şöhrәt” (2004) ordeni ilә tәltif edilmişdir.
Əsәrlәri: Образование Азербайджанского государства Сефевидов в начале XVI века. Б., 1961; Азербайджанское государство Сефевидов в XVI веке. Б., 1981; Azәrbaycan Sәfәvilәr dövlәti. B., 2007.