ƏFƏNDİYEV Orxan Ziyәddin oğlu (d.2. 8.1946, Tbilisi) – avtomatika vә cihazqayırma sahәsindә Azәrb. alimi, texnika e.d. (2008), prof. (2014). 1967 ildә Azәrb. Politexnik İn-tunu bitirdikdәn sonra orada baş laborant, dosent, dekan müavini, 1996– 2011 illәrdә Milli Aviasiya Akademiyasında kafedra müdiri, prorektor, prof. vәzifәlәrindә çalışmışdır. 2011–15 illәrdә Azәrb. Dövlәt Dәniz Akademiyasında prof., dekan olmuş, 2015 ildәn kafedrada prof.-dur. Tәdqiqatları, әsasәn, cihazqayırmada maqnit levitasiyasının nәzәriyyәsi vә praktikasına aiddir. 140-dan çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Əsәri: Теория и практика магнитной левитации в приборостроении (A.M.Paşayevlә birlikdә). М., 2009.