ƏFƏNDİYEV Paşa Şәrif oğlu (d.1928, Qax r-nunun İlisu k.) – Azәrb. әdәbiyyatşünası, filologiya e.d. (1975), prof. (1976), Azәrb. Resp. әmәkdar elm xadimi (2007). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmiş (1950). Əmәk fәaliyyәtinә 1953 ildә orada başlamış, 1962–88 illәrdә dosent, fakültә dekanı, Azәrb. әdәbiyyatı tarixi kafedrasının müdiri, prof. (1988) olmuşdur. Elmi tәdqiqatları, әsasәn, Azәrb. folklorşünaslığının inkişaf tarixinә vә nәzәri mәsәlәlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 200-dәn artıq elmi әsәrin, o cümlәdәn monoqrafiya, dәrslik, dәrs vәsaitlәrinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Dastan yaradıcılığı. B., 1999; Azәrbaycan folklorşünaslığının tarixi. B., 2006; Molla Cümә. B., 2006; Azәrbaycan şifahi xalq әdәbiyyatı. B., 2007; Azәrbaycan folklorşünaslığının problemlәri. 6 cilddә, B., 2014.