EKTOPÍYA (yun. ektoπος – yerdәyişmә) – boşluq divarlarının anadangәlmә qüsuru (inkişaf qüsurları), yaxud travmatik zәdәlәnmә zamanı orqanın qonşu boşluqlara vә ya bәdәn sәthinә E.-sı (mәs., ön qarın divarının qismәn bitişmәmәsi zamanı sidik kisәsinin xaricә E.-sı; diafraqmanın yırtığı vә ya travmatik cırılması zamanı dalağın plevra boşluğuna E.-sı; göz büllurunun irsi E.-sı). E.-nın bәzi növlәri yaşam tәrzi ilә bir araya sığmır (mәs., ürәyin E.-sı), bәzi növlәri isә cәrrahi yolla aradan qaldırıla bilir.