ƏFƏNDİYEV Rasim Sәmәd oğlu (10.10. 1928, Qazax ş. – 13.2.2010, Bakı) – Azәrb. sәnәtşünası. Sәnәtşünaslıq doktoru (1972), prof. (1993), AMEA-nın hәqiqi üzvü (2001; m. üzvü 1989) Ə.Əzimzadә ad. Azәrb. Rәssamlıq Mәktәbini (1950) vә SanktPeterburq Rәssamlıq Akademiyasını (1955) bitirmişdir. 1956–64 illәrdә R.Mustafayev ad. Azәrb. Dövlәt İncәsәnәt Muzeyindә şöbә müdiri olmuş, 1965 ildәn AMEA Memarlıq vә İncәsәnәt İn-tunda çalışmışdır (1983 ildәn dekorativ-tәtbiqi sәnәt şöbәsinin müdiri; 1996 ildәn ömrünün sonuna qәdәr in-tun direktoru). Azәrb. incәsәnәtinә hәsr olunmuş elmi әsәrlәrindә nadir sәnәt nümunәlәri, onların dünya mәdәniyyәti tarixindә tutduğu yer, milli incәsәnәtin tarixi, inkişaf dövrlәri, növlәri, vә s. mәsәlәlәri geniş işıqlandırılmışdır. “Azәrbaycan dekorativtәtbiqi sәnәtlәri” (orta әsrlәr, 1976), “Azәrbaycan daş plastikası” (1986), “Azәrbaycan incәsәnәti” (2004) adlı fundamental әsәrlәrin müәllifidir. Kitabları Rusiya, Ukrayna, Fransa, Yaponiya, Türkiyә, İngiltәrә, Macarıstan vә s. ölkәlәrdә çap olunmuşdur. 200-dәn artıq elmi әsәrin müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.
Əsәrlәri: Azәrbaycanın maddi mәdәniyyәt nümunәlәri. B., 1960; Azәrbaycan bәdii sәnәtkarlığı dünya muzeylәrindә. B., 1980; The plastic Art in stone on the Caspian steppes. Caspian. London, 1996, №4; XIX–XX yüzülların başlarında Azerbaycan sanatı (T.Əfәndi ilә birlikdә). Ankara, 2002; Azәrbaycan Qazax xalçaçılıq mәktәbi. B., 2006.
Əd.: Elmә hәsr olunan ömür. B., 2005.