ƏFƏNDİYEV Süleyman bәy Əlisüleyman oğlu (1864, Ağdam – 21.2.1919, Gәncә) – hәrbi xadim, Azәrb. ordusunun gen.-m.-u. İlk tәhsilini Gәncәdә almış, Yelizavetqrad süvari mәktәbini bitirmişdir (1885). 1912 ildә polkovnik rütbәsinә layiq görülәn Ə. Qafqaz ordusunda polis-keşikçi dәstәsinin tәftiş-yoxlama işlәri üzrә baş nәzarәtçisi olmuşdur. Nümunәvi xidmәtinә görә “Müq. Anna” ordeninin 2-ci vә 3-cü, “Müq. Stanislav” vә “Müq. Vladimir” ordeninin 3-cü dәrәcәlәri ilә tәltif edilmişdir.
1917 ilin iyulunda Zaqafqaziya komissarlığı tәrәfindәn Gәncәyә ezam olunan Ə. burada xidmәtlә bәrabәr, Gәncә müsәlman milli komitәsinin kömәyilә hәrbi kurslar açmış, 150 azәrb. gәnci hәmin kurslara cәlb etmişdir. Müsәlman korpusunun tәşkili zamanı o, korpusun 2-ci nişançı diviziyasının 5-ci nişançı alayının komandiri tәyin olunmuş vә bu alay Şamxor hadisәsi zamanı rus hәrbi eşelonlarının tәrk-silah olunmasında fәal iştirak etmişdir.
Əlahiddә Azәrb. korpusu formalaşdırılarkәn Ə. Qazaxda yerlәşәn 1-ci piyada alayının komandiri idi. 1918 ildә Qafqaz İslam Ordusu komandanının әmri ilә Əlahiddә Azәrb. korpusu yenidәn qurulmuş, bu zaman alay komandirlәri vәzifәlәrinә türk hәrbçilәri gәtirildiyinә görә Ə. Qafqaz İslam Ordusu komandanlığının mәnzil müfәttişliyinә dәyişdirilmişdi. 1918 ilin noyabrında Hәrbi Nazirlik bәrpa edilәrkәn, Ə. 2-ci Qarabağ süvari alayının komandiri olmuşdur.
1918 ilin dekabrında Ə. Hәrbi Nazirlikdә tapşırıq generalı vәzifәsini tutmuş vә hәmin ayın 29-da Nazirlәr Şurasının iclasında hәrbi nazir S.Mehmandarovun tәqdimatı әsasında ona gen.-m. rütbәsi verilmişdir.
1919 ildә Ə.-ә 1-ci piyada diviziyasına rәhbәrlik etmәk tapşırılmış, onun rәhbәrliyi ilә diviziya hissәlәrindә dövlәtә itaәtsizlik hallarının qarşısı alınmışdı. Ə. şәxsi heyәt arasında yayılmış yatalaq xәstәliyindәn vәfat etmişdir.