EKVADÓR, E k u a d o r, E k v a d o r R e s p u b l i k a s ı (Republika del Ecuador).
Ümumi mәlumat
Cәnubi Amerikanın şm.-q.-indә Sakit okean sahilindә dövlәt. Şm.-ş.-dәn Kolumbiya, c.-ş. vә c.-dan Peru ilә hәmsәrhәddir. Sah. Qalapaqos a-rı ilә birlikdә 272 min km2. Әh. 14,5 mln. (2010). Paytaxtı Kito ş.-dir. Rәsmi dil ispan dili, pul vahidi sukredir. İnzibati cәhәtdәn 24 әyalәtә bölünür.
E. BMT-nin (1945), ADT-nin (1948) üzvüdür.
Dövlәt quruluşu
Müstәqillik qazandıqdan sonra E.-da 15-dәn çox konstitusiya qәbul edilmişdir. 1978 ildә ümumxalq referendumundan keçәn konstitusiya 1998 ilәdәk qüvvәdә olmuşdur. 10 avqust 1998 ilin yeni konstitusiyasına әsasәn prezident, vitse-prezident vә konqres üzvlәri 4 il müddәtinә seçilir. Eyni şәxs 4 ildәn tez ikinci müddәtә prezident seçilә bilmәz. Prezidentlә yanaşı, 17 nәfәrdәn ibarәt nazirlәr kabineti icraedici hakimiyyәti vә nazirliklәr sәviyyәsindә idarәetmә tәdbirlәrini hәyata keçirir. Nazirlәri vә әyalәt qubernatorlarını prezident tәyin edir. Qanunverici hakimiyyәt 121 üzvdәn ibarәt birpalatalı parlamentә – Milli konqresә mәxsusdur. Parlament üzvlәrinin 20-si birbaşa ümumxalq sәsvermәsi, 101-i isә әyalәtlәrdә birbaşa sәsvermә yolu ilә 4 il müddәtinә seçilir. Konqres üzvlәri hәr iki ildәn bir öz aralarından spikeri vә vitse-spikeri seçirlәr. Mәhkәmә hakimiyyәti 3 dәrәcәli mәhkәmәlәr sistemini ehti- va edir: mülki vә cinayәt işlәrinә baxan birinci instansiya mәhkәmәlәri, әyalәtlәrin ali mәhkәmәlәri vә Ali mәhkәmә. 18 yaşına çatmış hәr bir ali tәhsilli E. vәtәndaşı üçün seçkilәrdә iştirak etmәk icbaridir. Ali tәhsili olmayanlar könüllü sәs verә bilәr. Әsas siyasi partiyalar: Vәtәnpәrvәrlәr Birliyi Partiyası, Sosial-Xristian Partiyası, Demokratik Xalq Hәrәkatı Partiyası vә s.
Tәbiәt
E.-un tәbiәtindә üç sahә aydın seçilir: şm.-ş.-dә rütubәtli meşәsi olan dağәtәyi düzәnlik – Oryente, mәrkәzdә meşәli-çәmәnli yüksәk vulkanik And yaylası – Syerra vә q.-dә meşәli-savannalı Sakit okeanyanı düzәnlik – Kosta. O r y e n t e dağәtәyi düzәnliklәrdәn (hünd. 180–700 m) ibarәtdir; q.-indә hünd. 3800 m-ә çatan ayrı-ayrı massivlәr var. İqlimi isti, rütubәtli ekvatorialdır; yağıntının illik miqdarı 3000–4000 mm-dir. Çay şәbәkәsi sıxdır (Amazon çayının qolları). Bitki örtüyü rütubәtli hәmişәyaşıl meşәlәrdәn ibarәt olan S y e r r a hünd. 3900 m-әdәk olan massivlәrdәn, Qәrbi vә Şәrqi Kordilyer d-rından ibarәtdir. Kordilyer d-rının daxili yamaclarında 30-dan çox sönmüş (Çimboraso, hünd. 6310 m – E.-un әn yüksәk nöqtәsi) vә fәaliyyәtdә olan (Kotopa- xi – 5897 m, Sanqay – 5230 m vә s.) vulkan konusu var. Syerranın iqlimi dağlıq-ekvatorial, c.-da subekvatorialdır. Yağıntının illik miqdarı çuxurlarda 400–1200 mm, ş. yamaclarında 6000 mm-әdәkdir. Kito ş.-ndә (tәqr. 2800 m yüksәklikdә) orta aylıq temp-r tәqr. 13° C-dir. Yaylanın kәnar yamacları 3000 m yüksәkliyәdәk qiymәtli ağac (kinә, balsa, seyba, kauçuk, palma vә s.) növlәrilә örtülüdür. Yuxarıları ekvatorial dağ meşәlәri – paramos tutur, 4500– 4700 m-dәn başlayaraq daimi qarlı әrazilәrdir. Mәhsuldar dağarası çuxurlar әkilir, yaxud otlaq kimi istifadә olunur. K o s t a c.-da geniş ovalıqdan, ondan q.-dә Sakit okean boyu hünd. 300–700 m olan platodan ibarәtdir. İqlimi subekvatorial istidir. Orta aylıq temp-r 23-dәn 27°C-yәdәk, illik yağıntı şm.-da 900–1400 mm, c.-da 100 mm-әdәkdir. Kosta әrazisindә subekvatorial qurşağın bütün tәbii zonaları mövcuddur.
Geoloji quruluş vә faydalı qazıntılar. E.-un ş. hissәsi Cәnubi Amerika platforması hüdudlarında yerlәşir. Çökmә örtüyünü Paleozoy, Mezozoy vә Kaynozoy çöküntülәri tәşkil edir. Platformadan q.-dә Paleogen-Miosen molasları ilә dolmuş İkitos ön çökәyi uzanır. And silsilәlәri vә Sakit okeanyanı düzәnlik And (Kordilyer) geosinklinal qırışıqlıq qurşağına daxildir. Şәrqi Kordilyer d-rının uc hissәsindә Kembriyәqәdәr – Alt paleozoy yaşlı metamorfik süxurlar sәthә çıxır. Kaynozoyun vulkanogen-çökmә әmәlәgәlmәlәri ilә dolmuş Kito qrabeni Qәrbi vә Şәrqi Kordilyer d-rını ayırır. Qәrbi Kordilyer d-rının evgeosinklinal zonasında Üst Tәbaşir – Paleogenin qranit intruziyaları ilә yarılmış Paleozoy çöküntülәri vә Tәbaşir bazaltları qismәn Neogen – Antropogenin andezitbazaltları ilә örtülmüşdür. Sahilyanı miogeosinklinal zonanı Tәbaşir, Paleogen vә Neogenin dәniz vә kontinental çöküntülәri tәşkil edir. Faydalı qazıntıları: neft, tәbii qaz, qonur kömür, mis, molibden, gümüş, qızıl, sürmә, kükürd vә s.
Котопахи вулканы.
Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Düzәnliklәrdә vә And d-rının yamaclarında laterit, dağarası çuxurlarda vulkanik torpaqlar yayılmışdır. Bitki qruplaşmalarının üzvi kütlәsinin hәcmi böyük olan torpaqlar az mәhsuldar (yuxa) vә qida maddәlәrindәn kasad olur. Torpağa fasilәsiz çökәn mәhsullar müntәzәm isti vә rütubәtli iqlim şәraitindә sürәtlә çürüyәrәk torpaqda yığılmamış bitkilәr tәrәfindәn tez mәnimsәnilir. Meşә tәmizlәndikdәn sonra torpaq örtüyü qısa müddәtdә deqradasiyaya uğrayır, әkinlәrә çox miqdarda gübrә verilmәsi ehtiyacı yaranır.
Напо чайы. Йасуни Милли Паркы.
Bitki örtüyü tәk-tәk palmaların bitdiyi hündürotlu savannadan ibarәtdir; sahil laqunları manqr ağaclarından vә kolluqlardan ibarәt sıx cәngәlliklәrlә örtülmüşdür. Quayakildәn c.-a sahilin iqlimi yarımsәhra vә sәhra tiplidir. Burada tikanlı cәngәlliklәr vә yarpağını tökәn alçaqboylu ağacların vә kolluqların ayrıca qrupları tәdricәn nәhәng kaktuslar vә başqa sәhra bitkilәri ilә әvәz olunur. Kordilyerin qolları dәniz sәviyyәsindәn 3000 m hünd.-әdәk sıx meşәlәrlә örtülü olur; meşәnin tipi hündürlüyә uyğun olaraq dәyişir. Dәniz sәviyyәsindәn 1070 m-dәn aşağıda hünd. 50 m-әdәk olan hә- mişәyaşıl ağacların geniş çәtiri torpağa qalın kölgә saldığına görә meşәaltını inkişafdan saxlayır. Yamac boyu yuxarıda bu örtük bir qәdәr seyrәlir, günәş şüalarını daha çox ötürür, buna görә dә meşәdibi lianalar, epifit orxideyalar, parazit bitkilәr, qıjılar vә kolluqlar inkişaf edir. E.-un heyvanlar alәmi dә xeyli müxtәlifdir. Burada iri mәmәlilәrdәn yaquar, puma, vәhşi pişik, ayı vә bir neçә növ meymun yaşayır. Daha xırda heyvanlar arasında gәlincik, samur, skuns, yenot, hәmçinin tayra (dәlә), qrizon, koat, kinkaj vardır. Qansoran vampir yarasa, әrincәk, qarışqayeyәn vә zirehli xüsusi maraq doğurur. Quşlar qrupu da olduqca müxtәlifdir. Burada ekzotik tanaqralar, tutuquşular, tukanlar, kolibrilәr vә göyәrçinlәr; ağacdәlәnlәr vә s. geniş yayılmışdır. Bundan başqa Şimali Amerikadan E.-a çox sayda quş qışlamağa gәlir. And d-rı yamaclarının aşağı isti hissәlәrindә vә sahilboyu ovalıqlarda qurbağa, quru qurbağası, tısbağa, timsah, kәrtәnkәlә vә ilan xüsusilә çoxdur.
Әhali
Әhalinin ümumi sayı 14,3 mln. nәfәrdir (2010). Onlardan 65%-i metislәr, 25%-i hindilәr, 7%-i ağlar, 3%-i zәncilәrdir. Üç әsas etnik qrupa bölünürlәr: keçualar (39%), “meşә hindilәri” (1%) vә ispandilli ekvadorlular. Dövlәt dili ispan dilidir; hindi dillәri (әsasәn, keçua dili) dә yayılmışdır. Dindarların әksәriyyәti xristiandır. Orta sıxlıq 1 km2-dә 33 nәfәrdir. Kosta vә Syerra adlandırılan sahilyanı vә dağlıq rayonlar daha sıx (1 km2-dә 60 nәfәr), hәmişәyaşıl tropik meşәlәrlә әhatәlәnmiş Oryentenin düzәnlik şәrq vә mәrkәzi hissәsi isә seyrәk (1 km2-dә 1 nәfәr) mәskunlaşmışdır. Miqrasiya saldosu aşağı olduğundan (1000 nәfәrә 0,8 nәfәr) әhali artımına tәsir göstәrmir. Daxili miqrasiya qәrb rayonlarından şәrq rayonlarına vә kәnddәn şәhәrә doğru yönәlmişdir. E. üçün ölüm sәviyyәsinin (1000 nәfәrә 5 nәfәr) aşağı, doğum sәviyyәsinin isә yüksәk (1000 nәfәrә 20,8 nәfәr) olması sәciyyәvidir. Orta ömür müddәti kişilәrdә 72,4, qadınlarda 78,4 ildir. QİÇS- ә yoluxanlar 0,3 %-dir (2007). İri şәhәrlәri (min nәfәr; 2010): Quayakil (2286), Kito (1650), Kuenka (329), Maçala (254), Santo-Dominqo (236). İşlәyәnlәrin 71%-i xidmәt sahәsindә, 21%-i sәnayedә, 7%-i k.t.-nda çalışır. İşsizlik sәviyyәsi 7,9%-dir (2009). Әhalinin 35%-i yoxsulluq sәviyyә- sindәn aşağı yaşayır (2006).
Tarixi oçerk
İndiki E. әrazisi qәdimdәn müxtәlif hindi (kara, kitu, tumbe, kanyari vә b.) tayfaları tәrәfindәn mәskunlaşmışdı. Onlar ovçuluq, balıqçılıq vә әkinçiliklә mәşğul olmuşlar. Eramızın 1-ci minilliyinin sonlarında sahilboyunda yaşayan kara tayfası dağlıq rayonların yerli tayfalarını özünә tabe edәrәk qüdrәtli tayfa ittifaqı olan Kitu krallığı, yaxud Şiri krallığını yaratdı. Tәqr. 1460 ildә inklәrin Tauantinsuyu dövlәti әhalisinin әksәriyyәtini keçua tayfasından olan hindilәrin tәşkil etdiyi Kitu krallığını tutdu. Mәhz bunun nәticәsindә keçua dili indiki E. әrazisindә әn geniş yayılmış hindi dilinә çevrildi. İnklәrin vaxtında burada yollar salındı, irriqasiya qurğuları, çoxlu qala vә mәbәd tikildi.
16 әsrin әvvәllәrindә ispanlar E. әrazisinә ekspedisiyalar tәşkil edirdilәr. İspaniya ekspedisiyalarına Fransisko Pisarronun silahdaşları Bartolome Ruis vә Sebastyan de Belalkasar başçılıq edirdilәr. 1526 ildә B. Ruis Esmeraldas çayı mәnsәbinә çıxdı, 3 ildәn sonra isә F. Pisarro indiki Peru vә E. әrazilәrini әhatә edәn Yeni Kastiliyanın gen.-kapitanı tәyin edildi. İndiki E. әrazisi S. Belalkasar tәrәfindәn işğal olundu. O, qәdim hindi mәskәninin yerindә San-Fransisko-de-Kito (Kito) şәhәrinin әsasını qoydu. 1539 ildә F.Pisarro qardaşı Qonsalonu Kitonun hakimi tәyin etdi. 1563 ildә Kitoda mәhkәmә kollegiyası (audiyensiya) tәsis olundu. 1718 ildә bu әrazi Yeni Qranada vitse-krallığının mәrkәzi olan Boqotanın yurisdiksiyasına verildi, 5 ildәn sonra isә Peruya qaytarıldı. 1740 ildә Kito audiyensiyası yenidәn Boqotanın tabeliyinә keçdi. E. әrazisini işğal edәn ispanlar iri qızıl vә gümüş yataqları aşkara çıxara bilmәdiklәrindәn burada hindilәrin vә Afrikadan gәtirilmiş qulların istismar olunduğu plantasiyalar yaratmağa başladılar. Dağlıq rayonlarda qoyunçuluq mühüm әhәmiyyәt kәsb edirdi.
Ингапирка галасынын галыглары. 15 яср. Канйар яйаляти.
19 әsrdә E. vә ümumilikdә Latın Amerikası üçün milli azadlıq müharibәlәri vә inqilablar sәciyyәvidir. E.-da İspaniya hökmranlığına qarşı hindilәr vә kreollar mübarizә aparırdılar. 1809 il avqustun 10-da müstәmlәkәçilәr әleyhinә üsyan zamanı X. Pio Montufarın başçılığı ilә bir qrup vәtәnpәrvәr işğal rejimini devirәrәk Ali hökumәt xuntası yaratdı; bu, E. әrazisindә müstәqil dövlәtin meydana çıxması üçün başlanğıc oldu. Sonralar 10 avqust E.-un Müstәqillik günü elan edildi. Peru vә Yeni Qranadadan kömәk alan müstәmlәkәçilәr az sonra E.-da işğal rejimini bәrpa etmәyә nail oldular. 1810 il oktyabrın 11-dә ikinci üsyan baş verdi vә nәhayәt, 1812 ilin dekabrında uğurla nәticәlәndi. Müstәmlәkәçilәrә qarşı 1820 ildә Quayakil ş.-ndә başlanmış yeni üsyan S.Bolivarın qoşunları (qoşunlara gen. A.X. Sukre rәhbәrlik edirdi) tәrәfindәn dәstәklәndi. Piçinç yaxınlığındakı hәlledici döyüşdә (1822, 24 may) İspaniya qoşunları darmadağın edildi; işğal orqanları tәslim aktını imzalamağa mәcbur oldular. İspaniya hökmranlığından qurtulan Kito audiyensiyası 1822 il iyulun 22-dә Kito vil. adı ilә Böyük Kolumbiyanın tәrkibinә daxil edildi, 1830 ildә isә Ekvador Respublikası (isp. Ecuador – hәrfi mәnası ekvator) adı ilә müstәqil dövlәt elan olundu. Vәtәndaşlara bәzi hüquqlar versә dә, E.-un birinci konstitusiyası (1830) ölkәnin sosial-iqtisadi quruluşunu dәyişmәdi. Kreol mülkәdarları vә ruhanilәr ispanların mülkiyyәti hesabına hakim sinfә çevrildilәr. Yeni imtiyazlı hәrbi kasta meydana gәldi. Hindilәr әvvәlki kimi feodal asılılığında qaldılar. E. prezidenti X.X.Flores (1830–35) hәrbçilәrin vә kilsәnin diktaturasını yaratdı. Hәrbçilәrin, ruhanilәrin vә iri torpaq sahiblәrinin nümayәndәlәri Mühafizәkarlar partiyasında birlәşdilәr. Liberallar partiyasında birlәşmiş ticarәt burjuaziyasının nümayәndәlәri Floresә qarşı çıxdılar. 1835 ildә prezident seçilәn V.Rokafuerte dövründә liberal konstitusiya qәbul edildi, maliyyә, tәhsil, inzibati idarәetmә sahәsindә bәzi mütәrәqqi islahatlar keçirildi. 1839 ildә yenidәn prezident vәzifәsinә keçәn Floresin qәbul etdiyi konstitusiya (1843) xalq arasında “kölәlik konstitusiyası” adını aldı. 1845 ildә Flores devrildi. X.M.Urbinanın prezidentliyi dövründә (1851–56) zәncilәrin kölәliyi lәğv olundu (1852), ordu yenidәn tәşkil edildi, ölkәnin iqtisadi vә mәdәni inkişafına kömәk edәn qanunlar verildi vә s. Liberalizmin qatı düşmәni Q.Q.Morenonun prezidentliyi (1860–75) illәrindә mәktәb tikintisi, yol çәkilişi genişlәndi, inzibati islahatlar keçirildi. 1873 ildә onun tәşәbbüsü ilә parlament E.-u “İsanın Pak Ürәyi Respublikası” elan etdi. Q.Morenonun öldürülmәsindәn sonra da iki onillik әrzindә ölkә mühafizәkarların idarәçiliyi altında qaldı. 1876 ildәn 1883 ilәdәk E.-u diktator gen. İ. de Veyntimilya, sonra isә bir-birini әvәzlәyәn mülki hökumәtlәr idarә etdi. 1895 ildә Quayakildәki xalq üsyanı nәticәsindә hakimiyyәtә liberallar keçdi. Xalq mәclisi liberalların lideri E. Alfaronu ölkәnin ali hakimi elan etdi. Onun hakimiyyәti dövründә (1895–1901; 1906–11) kilsә dövlәtdәn ayrıldı, kilsә latifundiyalarının bir qismi millilәşdirildi, yeni ordu yaradıldı, dünyәvi tәhsil tәtbiq edilmәyә başlandı, çoxlu ibtidai, orta vә ali mәktәb açıldı. Quayakillә Kito arasında d.y. çәkildi. 1906 ildә ölkә tarixindә әn mütәrәqqi konstitusiya – “qırmızı konstitusiya” qәbul olundu, sәnayenin inkişafına kömәk edәn, xarici kapitalın ölkәyә axınının qarşısını alan qanunlar verildi. E.Alfaronun fәaliyyәti klerikal-feodal dairәlәrinin vә mühafizәkarlarla sazişә girәn liberalların hiddәtinә sәbәb oldu. 1912 ilin yanvarında Alfaro vәhşicәsinә öldürüldü. Birinci dünya müharibәsi әrәfәsindә vә müharibә dövründә ABŞ vә B.Britaniya kapitalının ölkәyә axını güclәndi. 1912 ildә Santa-Elena a.-nda aşkar edilmiş neft yataqları ABŞ-ın “İnternasional petroleum kompani” şirkәtinin әlinә keçdi. 1920-ci illәrdәn banan E.-un әsas ixrac bitkisinә çevrildi.
Мцстягиллик мейданы. Кито шящяри
1920 ildә E. zәhmәtkeşlәrinin 1-ci konqresi keçirildi. 1922 ildә Quayakildә baş vermiş ümumi tәtil amansızlıqla yatırıldı, mindәn çox adam öldürüldü. 1923–25 illәrdә bir sıra әyalәtdә iri kәndli üsyanları baş verdi. 1926 ildә bütün kommunist qruplar Sosialist partiyasına [1931 ildәn
Ekvador Kommunist Partiyası (EKP)] daxil oldu; kommunistlәrin rәhbәrliyi ilә hindi kәndlilәr arasında ilk hәmkarlar ittifaqı yaradıldı. 1928 ildә qadınlara seçki hüququ verildi. Bununla yanaşı, hakim dairәlәr kütlәvi inqilabi hәrәkatla mübarizә mәqsәdi ilә tez-tez diktatura rejiminә
әl atırdı. 1931–39 illәrdә hakimiyyәt başında 11 prezident dәyişmişdi. 1940 ildә hakimiyyәtә keçәn K.A.Arroyo del Rio xarici siyasәt sahәsindә ABŞ-a daha çox meyil etmәyә başladı. Amazon çayı hövzәsindәki mübahisәli әrazilәr uğrunda ABŞ-ın qızışdırdığı Peru-Ekvador müharibәsi (1941–42) nәticәsindә E. tәqr. 280 min km2әrazisini itirdi. 1944 ilin mayında Quayakildә baş vermiş kütlәvi silahlı üsyan nәticәsindә diktaturaya son qoyuldu. İkinci dәfә prezident seçilәn Velasko İbarra (birinci dәfә 1934–35 illәrdә) sol partiyaların iştirakı ilә koalisiya hökumәti yaratmağa mәcbur oldu. 1945 ildә yeni mütәrәqqi konstitusiya qәbul olundu. Hәmkarlar ittifaqlarının tәşkilinә icazә verildi. Lakin 1946 ilin martında İbarra 1945 il konstitusiyasını lәğv etdi; milli konqres buraxıldı. Mütәrәqqi qüvvәlәrә qarşı cәza tәdbirlәri güclәndi. 1947 il hәrbi çevrilişi nәticәsindә Velasko İbarra hökumәti devrildi. Ölkәni “nümayәndәli demokratiya” çәrçivәsindә idarә edәn sonrakı prezidentlәr, әslindә, onu ABŞ inhisarlarından getdikcә daha çox asılı vәziyyәtә saldılar. 1963 ildә hakimiyyәti әlә alan hәrbi xunta konstitusiya hüquqlarına qarşı hücuma keçdi. Bütün mütәrәqqi tәşkilatlar, o cümlәdәn EKP qadağan olundu. Yüzlәrlә vәtәnpәrvәr hәbsxanalara salındı. Xuntanın hәrәkәtlәri kütlәvi etirazlara sәbәb oldu; 1966 ildә mülki idarәçiliyә qayıtmaq şüarları ilә bütün ölkәni bürümüş
tәlәbә çıxışları nәticәsindә silahlı qüvvәlәrin baş komandanlığının әmri ilә hәrbi xunta hakimiyyәtdәn uzaqlaşdırıldı. Lakin hәrbi xunta dövründә olduğu kimi, O. Arosemen Qomes (1966–68) vә beşinci dәfә prezident seçilmiş Velasko İbarranın (1968–72) hakimiyyәtlәri dövründә E.-un xarici vә daxili siyasәtindә әsaslı dәyişiklik olmadı, ölkәnin xarici inhisarlardan asılılığı güclәndi.
Риобамба шящяриндян эюрцнцш
1972 ilin fevralında hәrbi çevriliş nәticәsindә ordu komandanı gen. G.Rodriges Lara hakimiyyәtә keçәrәk, 1945 il konstitusiyasını bәrpa etdi. Ölkәnin suverenliyini vә milli sәrvәtlәrini qorumağı, iqtisadiyyatda dövlәt bölmәsini möhkәmlәtmәyi vә xarici inhisarların fәaliyyәtini mәhdudlaşdırmağı nәzәrdә tutan “inqilabçı” vә “millәtçi” proqram hәyata keçirildi. 1972 ildә Oryentedәki zәngin neft yataqlarının istismarına başlandı. 1973–74 vә 1979–80 illәrdә neftin qiymәtinin artması ilә onların әhәmiyyәti daha da artdı. Rodriges Lara aqrar islahat keçirdi, әvvәllәr idxal olunan bir çox mәhsulun istehsalını artırdı. Nәticәdә 1970-ci illәr әrzindә E. iqtisadiyyatında görünmәmiş inkişaf müşahidә olundu. Gәlirlәrin sürәtli artımı inflya- siyaya vә istehlak malları idxalının artmasına gәtirib çıxardı. E.-un xarici borcu yüksәk hәddә çatdı vә 1976 ildә Rodriges Lara hәrbi xunta tәrәfindәn devrildi.
Гуайакил шящяриндян эюрцнцш.
1979 il aprelin 29-da keçirilmiş prezident seçkilәrindә X.R.Agilera E. üçün rekord göstәrici hesab olunan sәs çoxluğu ilә qalib gәldi. 1981 il mayın 24-dә tәyyarә qәzası zamanı Agilera hәlak oldu, yerinә vitse-prezident O.Urtado Larrea keçdi. Ölkәdә iqtisadi vәziyyәtin gәrgin olmasıUrtadonu reformist vә ekspansionist planlardan imtina etmәyә, sәrt qәnaәt planına keçmәyә vadar etdi. 1984 ildә hakimiyyәtә gәlәn mühafizәkar L.Febres Korderonun dövründә milli valyuta devalvasiya olundu, sosial xәrclәr, sәnaye müәssisәlәrinә verilәn imtiyazlar, hәmçinin әmәkhaqqı azaldıldı. 1987 ildә Kordero hökumәtini korrupsiya vә ekstremizmdә ittiham edәn gen. F.Varqas Pazzosun başçılıq etdiyi hәrbi qiyam amansızlıqla yatırıldı. Bundan sonra ölkәdә repressiyalar dövrü başladı. 1988 ilin prezident seçkilәrindә qalib gәlmiş sol demokrat Rodriqo Borxa Trans-ekvador neft kәmәrini dövlәt nәzarәti altına aldı, hәmçinin bazar iqtisadiyyatının inkişafına yönәlmiş bir sıra tәdbirlәr hәyata keçirdi.
Гуайакил лиманы.
1995 ildә Peru ilә E. arasında baş vermiş sәrhәdyanı müharibә E. iqtisadiyyatına ağır zәrbә vurdu, sosial böhranı dәrinlәş- dirdi. Müharibә xәrclәri hökumәti iri subsidiyaları lәğv etmәyә, vergilәri vә qiymәtlәri artırmağa, xәrclәri azaltmağa vadar etdi. Bu tәdbirlәr fәal etirazlara sәbәb oldu, hökumәt fövqәladә vәziyyәti davam etdirmәyi vә iqtisadi islahatları lәngitmәyi qәrara aldı. 1996 ildә keçirilәn prezident seçkilәrindә populist şüarlarla çıxış edәn Abdala Bukaram qalib gәldi. 1997 ilin fevralında konqres onu hakimiyyәtdәn uzaqlaşdırdı, prezident vәzifәsini müvәqqәti icra etmәk üçün konqresin keçmiş sәdri F.Alarkon Rivera tәyin olundu. 1998 ildә keçirilәn prezident seçkilәrindә cüzi sәs çoxluğu ilә Xamil Mauad qalib gәldi. 2000 il yanvarın 9-da iqtisadi böhrandan çıxmaq mәqsәdilә ABŞ dollarının milli valyuta kimi qәbuluna dair Mauad administrasiyasının bәyanatı E. hindilәrinin korrupsiya vә prezidentin iqtisadi siyasәtinә qarşı etirazlarına sәbәb oldu. Yanvarın 21-dә etirazçıları dağıtmaq әmri almış prezident mühafizәsinin polkovniki Lusio Qutyerres milli parlament binasına hücum zamanı komandanlıqdan uzaqlaşdı vә bina әlә keçirilәn zaman qiyamçıların başçıları ilә birgә cәmi bir neçә saat fәaliyyәt göstәrmiş “milli xilasetmә hökumәti”nә daxil oldu. Yanvarın 22-dә gen. Mendozanın başçılıq etdiyi silahlı qüvvәlәr vitse-prezident, “banan kralı” Qustavo Noboanı hakimiyyәtә gәtirdi, Qutyerres isә 6 ay müddәtinә hәbs olundu. Mәşhur siyasәtçi kimi azadlığa çıxan Qutyerres “Paçakutik” hindi hәrәkatının dәstәyi ilә “21 yanvar vәtәnpәrvәrlәr cәmiyyәti” partiyasını yaratdı. 2002 ildә keçirilәn prezident seçkilәrindә E. neftini ölkәnin nәzarәti altına qaytarmağa söz vermiş L. Qutyerres qalib gәldi. Lakin tezliklә yeni dövlәt başçısının vәziyyәti düzәltmәk iqtidarında olmadığı aydınlaşdı. İnflyasiya vә korrupsiya yüksәk sürәtlә artdı. Nәticәdә prezident kömәk üçün ABŞ-a vә BVF-yә müraciәt etmәli oldu. Bundan sonra iqtisadiyyatda tәtbiq olunan sәrt tәdbirlәr әhalinin daha da yoxsullaşmasına vә seçkilәrdә Qutyerresi müdafiә edәn solların vә hindi partiyalarının kәskin narazılığına sәbәb oldu. 2004 ilin noyabrında müxalif qüvvәlәr kütlәvi etiraz aksiyaları tәşkil edәrәk prezidenti vәzifәsindәn kәnarlaşdırmağa (impiçment) tәşәbbüs göstәrdi. Qutyerresi ordunun dәstәyi vә müxalif cәbhәdәki ikitirәlik xilas etdi. 2004 ilin dekabrında Qutyerresin parlamentdәki tәrәfdarlarının Ali mәhkәmә üzvlәrinin әksәriyyәtini dәyişmәsi ilә müxalifәtin dayağı hesab olunan bu qurum tamamilә Qutyerresin tәrәfinә keçdi. Prezident әleyhdarları onu diktatura qurmağa cәhddә ittiham etdilәr. Ali mәhkәmә korrupsiyada ittiham olunan keçmiş prezidentlәr A. Bukaram vә Q.Noboaya qarşı iddiaları geri götürdü vә onların mühacirәtdәn vәtәnә qayıtmalarına icazә verdi. Bu hadisә ölkә әrazisindә yenidәn kütlәvi etiraz aksiyalarına sәbәb oldu. 2005 il aprelin 15- dә kәskinlәşmiş siyasi böhran şәraitindә L.Qutyerres Kitoda fövqәladә vәziyyәt tәtbiq etdi. Aprelin 16-da fövqәladә vәziyyәt götürüldü. Aprelin 19-da E. polis idarәsinin başçısı gen. Xorxe Poveda istefa verdi, onun ardınca ordu prezidentin tabeliyindәn çıxdığını bәyan etdi. 2005 il aprelin 20-dә E. Milli konqresi (sessiyada yalnız müxalif deputatlar iştirak edirdi) L.Qutyerresi hakimiyyәtdәn uzaqlaşdırdı, ardınca vitse-prezident A. Palasio ölkә başçısı kimi and içdi. Prezident sarayından helikopter vasitәsilә qaçan Qutyerres Braziliya sәfirliyindә gizlәndi. 2006 il noyabrın 25-dә keçirilәn prezident seçkilәrindә sol qüvvәlәrin namizәdi, maliyyә naziri R.Korrea ilә E.-un әn varlı vәtәndaşı A.Noboa arasında mübarizә başladı. Amerikanın qatı әleyhdarı vә Ağ evin әsas düşmәnlәrindәn olan Venesuela prezidenti H.Çaveslә dostluq münasibәtlәri quran R.Korreanın tam әksinә olaraq, A.Noboa ABŞ-la әlaqәlәrin möhkәmlәndirilmәsinin, Venesuela vә Kuba ilә münasibәtlәrin dondurulmasının tәrәfdarı idi. R.Korrea seçkiqabağı kampaniyasında E.-dakı xarici neft şirkәtlәrini ölkәdәn çıxaracağına vә 10 mlrd. dollar hәcmindә olan xarici borcu ödәmәkdәn imtina edәcәyinә dair söz vermişdi. Bu çıxışlarına görә hökumәtdәn qovulsa da, E. әhalisinin 75%-ini tәşkil edәn yoxsullar arasında şöhrәt qazanmış vә nәticәdә prezident seçilmişdi. R.Korrea E.-u Venesuelanın nümunәsi әsasında güclü prezident hakimiyyәtinә әsaslanan, neftdәn gәlәn gәlirlәrin sosial ehtiyaclara sәrf olunduğu ölkәyә çevirmәyә çalışır. 2007 il sentyabrın 30-da E.-un Konstitusiya Assambleyasına seçkilәr zamanı prezident tәrәfdarları üstünlük әldә etmiş, nәticәdә R. Korreanın “21
әsr sosializmi” konsepsiyası әsasında ölkәnin yeni konstitusiyası işlәnib hazırlanmışdır. 2009 ildә R. Korrea yeni- dәn prezident seçilmişdir. 2010 il sentyabrın 30-da polis vә silahlı qüvvәlәrin prezidenti devirmәk vә hakimiyyәti әlә keçirmәk cәhdi uğursuz olmuşdur. 2011 il mayın 8-dә keçirilәn referendumda ekvadorlular qumar vә korrida oyunlarının qadağan edilmәsi, mәhkәmәlәr üzәrindә icraedici hakimiyyәtin güclәndirilmәsi, hәmçinin kütlәvi informasiya vasitәlәrinә nәzarәt üçün xüsusi dövlәt orqanının tәsis edilmәsinә dair islahatların lehinә sәs verdilәr
.E. Azәrb. Resp.-nın müstәqilliyini 1992 ilin yanvarında tanımış, dövlәtlәr arasında diplomatik münasibәtlәr 2004 il martın 22-dә qurulmuşdur.
Tәsәrrüfat
İqtisadiyyatın әsasını sәnaye vә k.t. tәşkil edir. Adambaşına düşәn ÜMM-in dәyәri ildә tәqr. 1700 dollar tәşkil edir. ÜDM-dә (%) sәnayenin payı 29,9, k.t.-nın 17,2, ticarәtin 14,7, maliyyәnin isә 11,8-dir. Neft (ildә tәqr. 15 mln. t, Napo әyalәtindә vә Santa-Elena y-a-nda; ehtiyat vә neft hasilatı hәcminә görә E. Latın Amerikasında Venesuela, Meksika vә Argentinadan sonra 4-cü yerdәdir), mis vә qurğuşun filizi, sürmә, kükürd, qızıl, gümüş vә platin hasilatı inkişaf etmişdir. Elektrik enerjisinin istehsalı ildә tәqr. 8,2 mlrd. kVt/saat-dır. Neft emalı (Esmeraldas, Salinas vә Balao), yeyinti mәhsulları (o cümlәdәn şәkәr, balıq konservi vә yağ; Kuenka, Quayakil vә Kito) istehsalı, toxuculuq (Kito, Kuenka vә Ambato) vә dәri-ayaqqabı müәssisәlәri inkişaf etmişdir. Kimya, sellüloz-kağız vә sement istehsalı müәssisәlәri var. Şlyapa-panamaların (Kanyar әyalәti, Asuay vә Manabi), yun mәmulatı vә s. kustar istehsalı var.
Банан плантасийасы. Мачала.
K.t.-nda bitkiçilik üstünlük tәşkil edir. Banan (yığımı ildә tәqr. 3,5 mln. t-dur; E. dünyada banan istehsal vә ixrac edәn aparıcı ölkәlәrdәndir; plantasiyalar Esmeraldas çayı vadisindә vә Quayas ovalığında yerlәşir; banan ixracının әsas portu Esmeraldasdadır), kakao, qәhvә, şәkәr qamışı (yığımı ildә 6,5 mln. t-dan çoxdur) vә pambıq әsas ixrac mәhsullarıdır. Daxili istehlak üçün qarğıdalı, arpa, buğda, maniok, soya vә çәltik becәrilir. Qaramalın ümumi sayı (mln.) 5,1, qoyunların 1,7, donuzların isә 2,6 tәşkil edir. Balıqçılıq, dәniz mәhsulları hasilatı (ildә 340 min t, әsasәn, tuna, lanqust vә krevetlәr) vә gülçülük (әsasәn, sәhlәb çiçәyi ABŞ-a ixrac olunur) inkişaf etmişdir. Balsa ağacının tәdarükü; tokilya palması yarpaqlarının, fındıq, taqua palması oduncağının vә geveya şirәsinin yığımı aparılır. Syerra әsas k.t. r-nudur.
D.y-larının uz. 966 min km, avtomobil yollarının isә 43,1 min km-dir (o cümlәdәn 18%-i bәrk örtüklüdür). Avtoparkı 395 min minik maşınlarından, 58,7 min yük maşınları vә avtobuslardan ibarәtdir.
Бартоломе адасы (Галапагос).
Neft vә neft mәhsulları (dәyәrin tәqr. 1/2-i), krevetlәr (1/5-i), banan, qәhvә vә kakao ixrac edilir. Әsas xarici ticarәt ortaqları ABŞ, Kolumbiya vә Avropa İttifaqı ölkәlәridir.
Silahlı qüvvәlәr
E.-un silahlı qüvvәlәri (SQ) quru qoşunları (QQ; 47 min nәfәr), hәrbi-hava qüvvәlәri (HHQ; 4 min nәfәr) vә hәrbi-dәniz qüvvәlәrindәn (HDQ; 6 min nәfәr) ibarәtdir (2010). SQ-nin ümumi sayı 57 min nәfәrdir. QQ 4 piyada diviziyası, 11 briqadadan (o cümlәdәn 5 piyada, 1 zirehli tank, 2 xüsusi tәyinatlı, 1 mühәndis, 2 sәrhәdyanı) ibarәtdir; 138 döyüş tankı, 517 minaatan, 190 zirehli transportyor, 16 tәyyarә vә 33 helikopterlә silahlanmışdır. HHQ-nin tәrkibinә 1 qırıcı-bombardmançı, 2 qırıcı, 1 nәql., 2 әlahiddә aviasiya eskadrilyası, 3 yardımçı aviasiya eskadrilyası (1 nәql., 1 tәlim-mәşq, 1 axtarış vә 1 xilasetmә), 8 zenit-raket kompleksi divizionu daxildir. Silahları: 72 döyüş tәyyarәsi, 90 yardımçı aviasiya tәyyarәsi, 13 helikopter. HDQ 1 suüstü gәmilәr eskadrilyası, 1 sualtı gәmilәr eskadrilyası, 1 dәniz aviasiyası eskadrilyası, 3 dәniz piyada briqadasından ibarәtdir, tәrkibindә 11 döyüş gәmisi (2 su- tı qayıq, 3 freqat, 5 korvet, 1 desant gәmisi), 21 döyüş kateri, 12 yardımçı aviasiya tәyyarәsi, 6 helikopter var. Hәrbi texnika vә silahları, әsasәn, ABŞ istehsalıdır.
“Дцнйанын мяркязи” абидяси. Митад-дел-Мундо паркы. Пичинча яйаляти.
Ali baş komandan prezidentdir. SQ-yә bilavasitә milli müdafiә naziri vә birlәşmiş komandanlıq rәhbәrlik edir. Qoşunlar әsgәri mükәllәfiyyәt prinsipi әsasında komplektlәşdirilir. Hәqiqi hәrbi xidmәt müddәti 2 ildir. Hәrbi xәrclәr ÜDM-in 3,3%-ini tәşkil edir.
Sәhiyyә
E.-da әhalinin hәr 1000 nәfәrinә 1,6 xәstәxana çarpayısı düşür (2010). Ölkәdә orta ömür kişilәrdә 73, qadınlarda 79 ildir (2011). Sәhiyyәyә qoyulan ümumi xәrc ÜMM-ә görә 7,3%-dir (2011). 5 yaşa qәdәr uşaqlar arasında ölüm ehtimalı hәr 1000 doğulana görә 23-dür (2012). 15–60 yaş arasında ölüm ehtimalı hәr 1000 nәfәrә görә kişilәrdә 162, qadınlarda 89-dur (2011). E.-da 507 nәfәrdә Denge qızdırması aşkar edilmişdir (2012). Ölkә әhalisinin 2%-dә epilepsiya diaqnozu tәsdiq olunmuşdur. Әhali arasında narkotik maddәlәrin qәbul edilmәsi ölkәnin ciddi problemidir. BMT-nin Narkotiklәr vә Cinayәtlәr İdarәsinin mәlumatına görә, E. region ölkәlәri arasında kokain emal edәn iri laboratoriyaların sayına görә 6-cı yerdәdir. Narkotik vә Psixotrop maddәlәrә Nәzarәt üzrә Milli Şuranın sorğusu E.-da narkotik maddәlәrin qәbulunun orta hesabla 12,7 yaşdan başladığını göstәrir. Ölkәdә narkomaniyanı müalicә edәn 170-ә qәdәr özәl müalicә müәssisәsi var.
İdman
Bәdәn tәrbiyәsi vә idman mәsәlәlәri ilә Milli İdman Federasiyası mәşğul olur. E. Olimpiya Komitәsi BOK tәrәfindәn 1959 ildә tanınmışdır. E. idmançıları Olimpiya Oyunlarında 1924 ildәn çıxış edirlәr. 29-cu Yay Olimpiya Oyunlarında (2008, Pekin) E. idmançıları 1 gümüş medal qazanmışlar.
Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri
E.-da tәhsil zәif inkişaf etmişdi. 1950-ci illәrdә әhalinin 44%-i savadsız idi. 1995 ildә savadlılıq 90%-ә yüksәlmişdir. Dağlıq әrazilәrdә yaşayan, әsasәn, hindi vә metislәrdәn ibarәt olan vә keçua dilindә danışan әhali arasında bu göstәricilәr xeyli aşağıdır vә indi dә bәzi yerlәrdә әhalinin 35%-dәn çoxu oxumağı vә yazmağı bacarmır. Savadsızlıq kişilәr arasında 8%, qadınlar arasında 11,8% tәşkil edir. 5-6 yaşlı uşaqlar üçün mәktәbәqәdәr tәhsil müәssisәlәri fәaliyyәt göstәrir. 6 yaşdan yuxarı uşaqlara 6 illik ibtidai tәhsil icbari vә pulsuzdur. Orta
mәktәblәr 6 illik vә 2 pillәlidir (hәr pillә 3 il olmaqla). Bütün dövlәt mәktәblәri dünyәvi, özәl mәktәblәr isә hәm dünyәvi, hәm dә kilsә mәktәblәridir.
Еквадор Мяркязи Университети. Кито.
Ölkәnin әn iri ali mәktәbi Kito ş.-indәki Mәrkәzi un-tdir (1769). Kuenka şәhәr (1867), Quayakil (1883), Papa Katolik (1946) un-tlәri, politexnik, musiqi vә rәssamlıq mәktәblәri vә s. fәaliyyәt göstәrir.
Elmi idarәlәrin әksәriyyәti Quayakil vә Kitoda, un-t vә digәr ali mәktәblәrin nәzdindәdir. Astronomiya Rәsәdxanası (Kito; 1873), Mәdәn Sәnayesi İn-tu, Hәrbi-Coğ- rafiya İn-tu var. Qalapaqos adalarında yerlәşәn Tibb Elmlәri Akademiyası (1958), Ekvador Siyasi-İqtisadi İn-tu vә s. Ç.Darvin ad. biostansiya (1959) beynәlxalq statusa malikdir. Elmin maliyyәlәşdirilmәsi dövlәt, özәl fondlar, şirkәtlәr vә beynәlxalq tәşkilatlar tәrәfindәn hәyata keçirilir.
Kütlәvi informasiya vasitәlәri
E.-da televiziya 1960 ildәn Quayakildә, 1961 ildәn isә Kitoda fәaliyyәt göstәrir. “Teleqrafo” (“El Teléqrafo”, 1884), “Komersio” (“El Comercio”, 1906; Kito), “Universo” (“El Universo”, 1921; Quayakil), “Pueblo” (“El Pueblo”, 1946), “Ekspreso” (“Expreso”, 1973) vә b. qәzetlәr, “Vistaso” (“Vistazo”, 1957), “Nueva” (1971, Kioto) vә digәr aylıq ictimai-siyasi jurnallar nәşr olunur. “Asosiasyon ekuatoriana de radiodifusyon”, “Radio Kito”, “Kolon”, “Presid ente”, “Notisias” radiostansiyaları var.
Әdәbiyyat
E. xalqının әdәbiyyatı, әsasәn, ispan dilindә yaranır. Müstәmlәkә dövrünәqәdәrki әdәbiyyat nümunәlәri saxlanmamışdır. Müstәmlәkә dövrü әdәbiyyatından (16 әsrin әvvәli – 19 әsrin әvvәli) X. de Eviya vә X.B.Agirrenin sonuncu İnk hökmdarı Ataualpa hәsr etdiklәri keçua dilindә anonim elegiyaları mәlumdur. X. de Velaskonun “Kito krallığının tarixi” әsәri, elәcә dә F.X.E. de Santa-Krus-i-Espexonun fәlsәfi vә siyasi әsәrlәri xalqın ideoloji cәhәtdәn azadlıq uğrunda mübarizәyә hazırlanmasında mühüm rol oynamışdır. 1810– 26 illәrdә Peru-E. şairi X.X. de Olmedonun “Xunin yaxınlığında qәlәbә. Bolivara nәğmә” odası bütün qitәdә әks-sәda doğurmuşdu. 1830-cu illәrdәn 19 әsrin sonunadәk әdәbiyyatda romantizm üstün olmuşdur. Q.Qarsiya Morenonun diktaturası il- lәrindә (1859 ildәn etibarәn) despotizmi, korrupsiyanı, mәnәvi düşkünlüyü tәnqid edәn, hindilәrin müdafiәsinә qalxan siyasi publisist X.Montalvo esselәrlә çıxış etmәyә başladı. Montalvonun siyasi rәqibi romantik yazıçı, ilk E. romanı “Kumanda”nın (1879) müәllifi X.L.Mera idi. 20 әsrin әvvәllәrindәn әdәbiyyat modernizm istiqamәtindә inkişaf etdi. Nәsrdә naturalizmin tәsiri hiss olunmağa başladı (müasir E. nәsrinin banisi L.Martinesin “Sahilә tәrәf” romanı, 1904). 1930-cu illәrdә sosial ziddiyyәtlәrin kәskinlәşmәsi, xarici kapitaldan asılılığın artması E. mәdәniyyәtindә, xüsusilә hindilәrin haqlarını müdafiә edәn hindianizm adlı geniş әdәbi-ideoloji cәrәyanın güclәnmәsindә öz ifadәsini tapdı. E.-da ilk hindianist roman F.Çavesin “Gümüş vә tunc”u (1927) idi. Hindianist nәsr X.İkasanın yaradıcılığında inkişafın zirvәsinә çatdı. Bu cәrәyana mәnsub yazıçılar, әsasәn, Kito ş.-indә yaşayırdılar. 1930 ildә digәr böyük mәdәni mәrkәz olan Quayakil ş.-indә birlik yaratmış yazıçılar (D.Agileru Maltu, X.Qalyeqos Laru, U.Xilya Hilbert), әsasәn, sahilyanı tropik әrazidә çalışan fәhlәlәrin hәyatını, әmәyin istismarını tәsvir edirdilәr. Sonradan realist novella ustası X. de la Kuadra vә romançı A.Parexa Dieskanseko da bu birliyә qoşuldu. 1940–70 illәrdә Parexa Dieskanseko E. cәmiyyәtinin hәyatını “Yeni illәr” adlı (ilk roman – “Xәbәrdarlıq”, son çap olunmuş roman – “Mantikora”) silsilә romanlarda әks etdirdi. 20 әsrin 2-ci yarısında bәdii nәsr A. Ortis, B.Karrion, Q.R.Peresa, A.Roxas, A.Kuesta- i-Kuesta, poeziya X. Karrera Andrade, X.E. Adouma vә b.-nın yaradıcılığı ilә davam etmişdir.
Memarlıq vә tәsviri sәnәt
Ölkә mәdәniyyәti yerli әnәnәlәrlә yanaşı, ispan, Afrika, Şm. Amerika, Latın Amerikası mәdәni dәyәrlәrinin dә tәsiri ilә inkişaf etmişdir. E.-un qәdim incәsәnәti keramika mәmulatları, naxışlı qablar, qiymәtli metallardan bәzәk әşyaları, heykәltәraşlıq әsәrlәri (daş fiqurlar vә stelalar) vә daş tikililәrlә tәmsil olunur. Sahilboyu Valdivi k-ndә tapılan üzәri heykәlcikli gil qablar e.ә. 3-cü minilliyә aiddir. Müstәmlәkәçilik dövründә E. incәsәnәtinin bütün növlәri barokko üslubunda yaranmış vә kilsәnin tәsiri altında inkişaf etmişdir. Ölkәnin paytaxtı Kitoda ilkin müstәmlәkә dövrü memarlığının nümunәlәri saxlanılmışdır. Bir çox qiymәtli bәdii әsәrlәr (tablolar, kilsә müxәllәfatı, ağac üzәrindә oyma, heykәllәr vә müxtәlif bәzәklәr) şәhәrdәki kilsәlәrdә mühafizә olunur.
Дел-Вото-Насйонал базиликасы. Мемар Е.Тарлиер. 1924. Кито.
Boyakarlıq 17 әsrdә Kitoda rәssamlıq mәktәbini yaradan M. Samanyeqo, H.X. de Qorivar vә b. rәssamların, heykәltәraşlıq Kaspikara lәqәbli M. Çili, O.Sanqurima vә b. sәnәtkarların adları ilә bağlıdır. Hindi keçua ailәsindә dünyaya gәlmiş görkәmli heykәltәraş vә rәssam O.Quayasamin (1919–99), әsasәn, monumental rәngkarlıq vә qrafika janrlarında işlәmişdir (şәhәrdә rәssamın muzeyi, şәxsi fondu var. Kitoda inşa edilәn Bәşәriyyәt kilsәsindә Q.-nin bir neçә әsәri nümayiş etdirilir).
E.-da inşa edilәn binalar qәdim vә yeni memarlıq elementlәrinin üzvi uyğunlaşması ilә sәciyyәlәnir. 20 әsrdә müasir üslublu binalar tikilmişdir.
Musiqi
E.-un musiqi mәdәniyyәtinin köklәri “ink imperiyası” dövrü ilә bağlıdır. Ölkәnin yerli әhalisinin (keçua hindilәri, xibaro, saparo vә b.) hәyatında әsas yer tutan musiqi bayramların, hәmçinin dini ayinlәrin (müqәddәs himnlәrin) ayrılmaz hissәsidir. E. hindilәrinin mahnı janrı müxtәlifdir: döyüşçülәrin şöhrәtindәn bәhs edәn mahnı-himnlәr (rәsmi bayramlarda ifa olunurdu), “imperiya”nın hәyatında baş verәn mühüm hadisәlәri әks etdirәn tarixi mahnılar, әlamәtdar mәrasimlәr, әkin işlәri, uğurlu ov, evlәnmә ilә bağlı ayin mahnıları, sevgi nәğmәlәri vә s. Müxtәlif sümsülәr, dәniz balıqqulağıları (çuru, kipa), şaquli fleytalar, rondador, şax-şaxlar, tinya tәbillәri vә tunduydan (ağac gövdәsindәn düzәldilir, müxtәlif ölçülü olur; xibaro hindilәri ondan “simsiz teleqraf”, xәbәrdarlıq kimi istifadә edirlәr) geniş yayılmış musiqi alәtlәridir.
Qәrbi E.-un hindi musiqi folkloruna Avropa musiqi mәdәniyyәtinin tәsiri güclüdür. İspanların gәlişi E. musiqisini xeyli dәrәcәdә dәyişmişdir. Keşiş yezuitlәrin hindilәri katolisizmә cәlb etmәk niyyәti onların oxumalarına ispan mәtnlәrinin, eyni zamanda bәzi katolik ayin vә bayramlarına hindi rәqs vә mәrasimlәrinin daxil olması ilә nәticәlәnmişdir.
E. hindilәrinin rәqslәrinin kökü, әsasәn, İspaniya müstәmlәkәçiliyindәn әvvәlki, hәtta bәzilәri totemizmin inkişaf etdiyi dövrә aiddir. E.-un Asuay әyalәti vә mәrkәzi zona rәqqasları heyvan dәrisi geyinir, başlarını ekzotik quşların lәlәklәri ilә bәzәyir, üzlәrini әlvan boyayırlar. Rәqslәrdәn әn mәşhuru kaçulyapi, uayno, yumbodur. E.-un xalq kreol musiqisi ispan musiqisi ilә bağlıdır. Sanxuanito, pasilyo, pasakalye, dansante, amorfino, albaso, quarandeniya әn geniş yayılmış kreol mahnı-rәqs janrlarıdır.
E.-da peşәkar musiqi tәdricәn inkişaf etmiş vә müstәmlәkә dövründә, әsasәn, kilsә musiqisindәn ibarәt olmuşdur. 1555 ildә fransiskçilәr Kitoda kilsә xorları üçün müğәnnilәr hazırlayan “San Andres” musiqi mәktәbini yaratmışdılar. 17–18 әsrlәrin 2-ci yarısının musiqiçilәri arasında bir çox dini әsәrlәrin müәllifi M.Blasko vә böyük musiqiçilәr ailәsinin nümayәndәsi X. Ortunyo de Larrea tanınmışlar. Ölkәdә ilk dini musiqi mәktәbi 1810 ildә yaradılmışdır (banisi rahib T.Miderov-i-Ninyo). E. dövlәtinin dәvәti ilә 1838 ildә Avropadan Kitoya gәlmiş violinçalan A.Sexers paytaxtda musiqi mәktәbi açmışdı. Onun şa- girdi, 1840–47 illәrdә musiqi mәktәbinә rәhbәrlik edәn vә E.-da ilk simfonik әsәrlәri (o cümlәdәn 6 simfoniyanı) yaradan virtuoz violinçalan A.Baldeon idi. Violinçalan M.Peresin uzun illәr rәhbәrlik etdiyi “Santa-Sesilya” filarmonik cәmiyyәti musiqi mәdәniyyәtinin inkişafında böyük rol oynamışdır. 1870 ildә dövlәtin qәrarı ilә Kitoda Milli konservatoriya yaradılmışdır. Onun ilk direktoru E.-un milli himninin müәllifi alman mәnşәli bәstәkar A.Noyman idi. İtalyan mәnşәli bәstәkar D.Breşanın E. musiqisinin inikişafında mühüm rolu vardır. Onun әsәrlәrindә E. milli musiqisinin çalarları әks olunmuşdur (“Sәkkiz variasiya”, “Ekvador simfoniyası” vә s.).
Musiqi yaradıcılığında 20 әsrin 1-ci yarısının görkәmli nümayәndәlәri S.L.Moreno vә L.A.Salqadodur. Kitodakı hәrbi orkestrin rәhbәri (1915–37), Quayakildәki Milli konservatoriyanın prof.-u Moreno orkestr üçün bir sıra әsәrlәrin (“Prelüd”, 1910; 3 “Ekvador süitası”, 1921–45; “10 avqust”, 1911 vә “9 iyul”, 1925 uvertüraları; fp. pyeslәri, mahnılar) müәllifidir. Bәstәkar, pianoçu vә dirijor Salqado operalar, o cümlәdәn “Tribun” (1970), baletlәr, “Mәhәbbәt arzuları” operettası, 6 simfoniya (1945–68), nәfәs alәtlәri orkestri üçün “Ataualpa, yaxud “İmperiyanın süqutu” (1933) süitası, fp., violin vә alt ilә orkestr üçün konsertlәr yaratmışdır. Bәstәkar P.Traversari milli әfsanәlәr ruhunda romantik әsәrlәr (melodramlar, o cümlәdәn “Kumanda, yaxud Cәngәlliklәrin bakirә qızı”, “İndoandino” orkestr triptixi, E.-un müstәqilliyinin 100 illiyinә hәsr olunmuş “And dağlarının şәrәfi”, 1930 süitası) yaratmışdır. Atonal musiqi әsәrlәrinin müәllifi M.Manjuasın, hәmçinin K.Bruto, T.Paredes, N.Safadi, K.Mendosa, İ.Veles, K.Oheda, P. Sorensen, R.Romero vә b.-nın yarıdıcılığı 60-cı illәrә tәsadüf edir. Pianoçular B.Penya, P.Pas, F.Salqado, violinçalanlar X.Alsamor, R.Arevol, X.Agilar, violonçelçalan T.Teran E.-un populyar musiqiçilәridir.
Kino
E. kinosunun tarixi 1920-ci illәrdәn “Ataualpa xәzinәsi” (1924, rej. A.San-Migel) filminin çәkilişi ilә başlanır. Tәqr. 20 ilә yaxın dövrdә, әsasәn, sәnәdli, 1930– 31 illәrdә sәsli filmlәr çәkilmişdir. U.Estrelya, X.Kuesta, E. Sevalyos vә b. rej.-ların yaradıcılığı1960–70 illәrә aiddir.
“Siçanlar, siçovullar, oğrular” филминдян кадр.
1980-ci illәrdәn başlayaraq E.-da bәdii film istehsalı genişlәndi (“Yolda iki nәfәr”, 1981, rej. X.Kuesta; “Küncdә hörümçәk”, 1982, “Әbәdi matәm”, 1982, rej. E.Sevalyos; “La Tiqra”, 1989, “Marks ilә çılpaq qadın arasında”, 1996, rej. K.Luzuriaqa). Milli kinonun inkişafında “Siçanlar, siçovullar, oğrular” (1999, rej. S. Kordero) filmi dönüş nöqtәsi olmuşdur; әsәr Havanada Latın Amerikası kinosu festivalında mükafata layiq görülmüşdür. “Xronikalar” (2004, rej. Aqnes) Beynәlxalq Kann kinofestivalında “Böyük jüri”, “Uzaqlarda” (2006, rej. T.Ermida) mükafat almışdır. 2007 ildәn başlayaraq, E.-da ildә 10–12 film istehsal olunur. Son illәrin filmlәri: “Mәnim növbәm nә vaxtdır?” (2007), “İmpuls” (2009), “Payızsız bahar olmaz” (2012), “Kito” (2013), “Xәyallar alәmindә sakitlik” (2014) vә s.
Яд.: Народы Америки. т. 2. М., 1959; Эк- вадор. Историко-этнографические очерки. М., 1963; Эквадор. Историко-этнографические очерки, М., 1963; Война за независимость в Лат. Америке. М., 1964; Г о н и о н с к и й С.А. Очерки новейшей истории стран Лат. Америки. М., 1964; П о л е в о й В.М. Искусство стран Латинской Америки. М., 1967; М а м о н т о в С.П. Испано-язычная литература стран Латинской Америки в ХХ веке. М., 1972.