ƏFƏNDİYEV Ziyәddin İbrahim oğlu (1.3.1925, indiki Şabran r-nunun Qalaqax k. – 9.2002, Bakı) – Azәrb. tibb alimi, hematoloq. Tibb e.d. (1984), prof. (1987). Azәrb. Dövlәt Tibb İn-tunu (1952), Azәrb. Dövlәt Pedaqoji İn-tunu (1955) bitirmişdir. 1967–2002 illәrdә Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun hematologiya vә qanköçürmә kafedrasında işlәmişdir (1988–90 illәrdә kafedra müdiri; 1987–88, 1990–2002 illәrdә prof.). Tәdqiqatları, әsasәn, bәzi hematoloji xәstәliklәrdә selen mikroelementinin rolunun öyrәnilmәsinә hәsr edilmişdir. 80-dәn artıq elmi әsәrin müәllifidir.