ƏFƏNDİYEVA Güllәr Eldar qızı (1880, Quba r-nunun Çiçi k. – 15.7.1970, Quba ş.) – Azәrb. xalça ustası. İndiki Şabran r-nundakı Pirәbәdil k.-ndә yaşamış vә işlәmişdir. Ə.-nın rәng ahәngdarlığı ilә seçilәn xalçaları Rusiya yarmarkalarında böyük şöhrәt qazanmışdı. Onun “Herat-Pirәbәdil” xalçası 1890-cı illәrin sonunda Fransada keçirilәn tәtbiqi sәnәt sәrgisindә qızıl medala layiq görülmüşdür. Ə.-nın “Pirәbәdil-burma”, “Ağgülçiçi”, “Xırdagülçiçi” çeşnilәri, hәmçinin kiçikölçülü yәhәrüzlәri әlvan koloriti ilә fәrqlәnir. Xalçaçı ustaların yetişmәsindә xidmәtlәri var.