ƏFƏNDİYEVA İzzәt Mәmmәd qızı (d.10. 9.1950, Gәncә ş.) – Azәrb. fiziki, fizika üzrә e.d. (2014). Azәrb. Dövlәt Un-tini (ADU, indiki BDU) bitirmişdir (1972). Gәncә şәhәr orta mәktәbindә dәrs demişdir (1972–74). 1974–77 illәrdә Azәrb. SSR EA-nın Fizika İn-tunda, 1977 ildәn ADUda yarımkeçiricilәr fizikası elmi tәdqiqat laboratoriyasında çalışmışdır. 2012 ildәn BDU-nun еlmi тәdqiqat bölmәsinin müdiridir. Elmi işlәri yarımkeçiricilәrdә kontakt hadisәlәrinin tәdqiqinә aiddir. 90-dan artıq elmi әsәrin müәllifidir.