ƏFƏNDİZADƏ Əziz Rәcәb oğlu (13.1. 1924, Şәki – 25.1.1996, Bakı) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (1975), prof. (1982). Azәrb. SSR әmәkdar müәllimi (1981). R.Ə.Əfәndizadәnin oğludur. Azәrb. Dövlәt Un-tini bitirmişdir (1948). Azәrb. Elmi Tәdqiqat Pedaqoji Elmlәr İn-tunda elmi işçi, şöbә müdiri (1950–96) işlәmişdir. Ə. orta vә ali mәktәblәrdә orfoqrafiya tәliminin әsasını qoymuşdur. Tәdqiqatları Azәrb. dili tәliminin nәzәri vә praktik problemlәri üzrәdir. 500-ә qәdәr elmi әsәrin, o cümlәdәn dәrslik vә metodik vәsaitin müәllifidir. “Şәrәf nişanı” ordeni ilә tәltif olunmuşdur.